ETX: İnformasiya təhlükəsizliyi ilə bağlı minimal kibertəhlükəsizlik tələbləri formalaşdırılır
Icma.az, Apa.az saytına istinadən bildirir.
Azərbaycanda media subyektlərində informasiya və kibertəhlükəsizliyin təmin olunması ilə bağlı minimal tələblərin formalaşdırılması tədbirləri həyata keçirilir.
“APA-Economics” xəbər verir ki, bunu “İctimai proseslər media müstəvisində” mövzusunda tədbirdə panel müzakirəsi zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev deyib.
O bildirib ki, artıq bu tələblərin formalaşdırılması icra olunur:
“Dövlət qurumları ilə sıx əməkdaşlıq çərçivəsində həmin tələblərin bir daha üzərindən keçilir və onlara bir daha baxılır. Yaxın müddətdə bu istiqamətdə minimal tələblər formalaşdırılacaq. Kiber insidentlərin baş verməsinin əsas səbəblərindən biri minimal kibertəhlükəsizlik informasiya təhlükəsizliyi tələblərinə riayət edilməməsidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 02 May 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















