Icma.az
close
up
RU
“Euronews” KOBİA nın fəaliyyəti ilə bağlı reportaj hazırlayıb

“Euronews” KOBİA nın fəaliyyəti ilə bağlı reportaj hazırlayıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 17 oktyabr, Tatyana İvanayeva, AZƏRTAC

“Euronews” telekanalında “Azerbaijan DIARY” proqramı çərçivəsində Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyəti haqqında reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda agentliyin kiçik və orta müəssisələrə uğur qazanmasına kömək etməklə yanaşı, həm də onlara inkişaf etmək üçün imkan verdiyi vurğulanır.

Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Beynəlxalq Əməkdaşlıq şöbəsinin baş mütəxəssisi Humay sözlərinə görə: “Burada KOBİ evində xidmət göstəririk. Həm dövlət, həm də özəl qurumlar tərəfindən xidmət göstəririk. Agentliyin əsas məqsədi KOBİ-lərin payını və ölkənin ÜDM-ni artırmaqdır. Gənc sahibkarların dəstəklənməsi alətlərindən biri startap sertifikatlarıdır. Bu sertifikatlar onları üç il müddətinə vergidən azad edir. Dövlət və ictimai xidmətlərə çıxışın əldə edilməsi mümkün olan onlayn platforma da var”.

2017-ci ildə yaradılmış KOBIA dövlət və özəl xidmətləri vahid mərkəzdə birləşdirir, maliyyələşdirmə, təlim və biznes dəstəyinə sadələşdirilmiş çıxış təklif edir.

“Brightman BMC LLC” qida istehsalı fabrikinin sahibi Afət Əhmədova özünü belə bir canlı nümunələrdən biri kimi təqdim edir: “Mən qadın sahibkaram, ixracatçıyam və KOBİ nümayəndəsiyəm. Biz qədim və ənənəvi mürəbbə reseptlərini, meyvə konservlərini və souslarını bərpa etmişik. Bizim daim müxtəlif xidmətlərə ehtiyacımız var. KOBİA kiçik brendləri supermarket rəflərinə gətirən xüsusi infrastruktur yaradıb. Onlar bizə marketinq planları hazırlamağa kömək edirlər”.

Humay Əhmədbəyli qeyd edir ki, sahibkarlar agentliyə gələrək bütün xidmətlərdən yararlanırlar: “Bu, onların vaxtına qənaət edir, müxtəlif dövlət qurumlarının və nazirliklərin, bankların, özəl şirkətlərin, beynəlxalq təşkilatların nümayəndələri ilə ünsiyyət qurmaq imkanı yaradır”.

Agentlik həmçinin ticarət yarmarkaları və ixrac proqramları vasitəsilə şirkətlərin qlobal bazarlarla əlaqəsini təmin edir. Afət Əhmədova vurğulayır ki, “kiçik şirkətlərin stendə imkanı çatmır. Bu, çox bahadır. KOBİA da bununla məşğul olur – o, bizə özümüzü xarici bazarlarda tanıtmağa və xarici alıcılar üçün təqdimatlar keçirməyə kömək edir. Biz birlikdə Türkiyədə “Halal Expo”, Dubayda “Gulfood”, Parisdə SIAL və bir çox başqa sərgilərdə iştirak etmişik”.

Regional ofislər və rəqəmsal platformalara malik olaraq KOBİA Azərbaycanın kiçik və orta biznes sektorunu inklüziv artımın və iqtisadiyyatın şaxələndirilməsinin əsas aparıcı qüvvəsi kimi təqdim edərək, innovasiyaları və davamlı inkişafı dəstəkləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 06:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri