Euronews telekanalında Azərbaycanın KOB ekosistemi və KOBİA nın fəaliyyəti barədə süjet yayımlanıb VİDEO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
"Euronews" telekanalında Azərbaycanın KOB ekosistemi, KOB-lara dəstək məqsədilə tətbiq edilən innovativ dövlət dəstəyi mexanizmləri barədə süjet yayımlanıb.
Video materialda ölkəmizin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi KOB-ların inkişafına xüsusi önəm verildiyi qeyd edilir, bu sahədə KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətindən bəhs olunur.
Süjetdə biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılması, onlara asan və rahat çıxışın təmin olunmasında KOB evi modeli xüsusi olaraq vurğulanır.
Materialda həmçinin KOBİA-nın bazarlara çıxış və satış imkanlarının artırılması və digər dəstək mexanizmlərindən yararlanmış qadın sahibkarın fikirlərinə və uğur hekayəsinə yer verilib.
Linkə daxil olmaqla süjetə baxmaq mümkündür: https://www.euronews.com/business/2025/10/09/kobia-leads-azerbaijans-drive-for-sme-growth-and-economic-diversification
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 14 Oktyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















