Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Ev alarkən ən çox edilən 7 səhv

Ev alarkən ən çox edilən 7 səhv

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Daşınmaz əmlak almaq insanların həyatı boyunca verdikləri ən mühüm qərarlardan biridir. Lakin bu arzunu reallaşdırarkən edilən kiçik bir səhv sonradan həm ciddi maddi zərərə, həm də uzunmüddətli hüquqi problemlərə səbəb ola bilər.

"Bakupost" Metbuat.az-a istinadla xəbər verir ki, alıcıların böyük əksəriyyəti eyni yanlışlıqları təkrarlayır və sonradan peşman olur.

Bəs ev alarkən ən çox hansı səhvlərə yol verilir?

1.⁠ ⁠Sənədləri tam yoxlamamaq

Ən geniş yayılmış səhv evin hüquqi vəziyyətini araşdırmadan alqı-satqıya razılıq verməkdir. Çıxarışın (kupçanın), texniki pasportun və digər sənədlərin düzgünlüyü mütləq yoxlanmalıdır. Bəzi hallarda evlər etibarnamə, bələdiyyə sənədi və ya natamam hüquqi əsaslarla satılır ki, bu da gələcəkdə ciddi problemlər yarada bilər.

2.⁠ ⁠Yalnız qiymətə diqqət yetirmək

Ucuz qiymət hər zaman sərfəli alış demək deyil. Bəzən bazar dəyərindən xeyli aşağı qiymət evin hüquqi statusu, kommunikasiya xətləri və ya yerləşdiyi ərazi ilə bağlı problemlərdən qaynaqlanır. Alıcı yalnız qiymətə deyil, ümumi dəyərə və risklərə də diqqət yetirməlidir.

3.⁠ ⁠Ərazini və infrastrukturu araşdırmamaq

Mənzilin yerləşdiyi ərazidə məktəb, uşaq bağçası, xəstəxana, supermarket, ictimai nəqliyyat və yol infrastrukturu gələcək yaşayış keyfiyyətinə birbaşa təsir edir. Günün müxtəlif saatlarında əraziyə baxış keçirmək daha düzgün qərar verməyə kömək edir.

4.⁠ ⁠Tikilinin texniki vəziyyətini qiymətləndirməmək

Divarlardakı çatlar, dam örtüyü, nəmlik, elektrik və su xətləri ilk baxışda görünməyə bilər. Bu problemlərin sonradan aradan qaldırılması isə minlərlə manat əlavə xərc tələb edə bilər. Mümkün olduqda evə peşəkar mütəxəssislə baxış keçirmək tövsiyə olunur.

5.⁠ ⁠Əlavə xərcləri nəzərə almamaq

Bir çox alıcı yalnız evin satış qiymətini hesablayır. Halbuki notariat, dövlət rüsumları, ipoteka rəsmiləşdirilməsi, təmir, mebel, köçürülmə və digər xərclər ümumi büdcəni əhəmiyyətli dərəcədə artırır.

6.⁠ ⁠Tələsik qərar vermək

“Bu gün almasanız, sabah satılacaq” kimi ifadələr alıcını psixoloji təzyiq altında qərar verməyə sövq edə bilər. Ekspertlər bir neçə alternativi müqayisə etməyi, bazarı araşdırmağı və emosiyalarla deyil, hesablanmış qərarla hərəkət etməyi məsləhət görürlər.

7.⁠ ⁠Mütəxəssis məsləhətindən imtina etmək

Hüquqşünas, daşınmaz əmlak eksperti və ya qiymətləndirici ilə məsləhətləşmək əlavə xərc kimi görünsə də, gələcəkdə daha böyük maliyyə itkisinin qarşısını ala bilər. Xüsusilə yüksək məbləğli alqı-satqılarda peşəkar dəstək böyük əhəmiyyət daşıyır.

Daşınmaz əmlak üzrə mütəxəssis Kamil Məmmədov deyir ki, ev alarkən əsas məqsəd yalnız münasib qiymət tapmaq deyil, həm də hüquqi cəhətdən təhlükəsiz və uzunmüddətli sərfəli seçim etməkdir: “Alıcılar qərar verməzdən əvvəl sənədləri diqqətlə yoxlamalı, ərazini araşdırmalı, tikilinin vəziyyətini qiymətləndirməli və mümkün riskləri nəzərə almalıdırlar. Düzgün araşdırma həm maddi itkilərin qarşısını alır, həm də gələcəkdə rahat və təhlükəsiz yaşayış üçün etibarlı zəmin yaradır”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 31 İyul 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri