Icma.az
close
up
RU
Ev heyvanları saxlayanların nəzərinə: Mövsümə uyğun olaraq profilaktik vaksinasiya və antiparazitar müalicələr aparılmalıdır

Ev heyvanları saxlayanların nəzərinə: Mövsümə uyğun olaraq profilaktik vaksinasiya və antiparazitar müalicələr aparılmalıdır

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Baytar mütəxəssislər qeyd edirlər ki, havanın temperaturunun yüksək olduğu günlərdə it, pişik və digər ev heyvanlarında allergik reaksiyalar, parazitar xəstəliklər və dəri xəstəlikləri müşahidə oluna, dəri travmaları yarana bilər. Eləcə də yay mövsümündə artan bit, gənə və digər parazitlər ev heyvanlarının dəri sağlamlığına və sair mənfi təsirlər göstərə bilər.

Parazitlərə qarşı qoruyucu tədbirlərin görülməsi vacibdir. Əlavə olaraq, termorequlyasiya sistemi tam inkişaf etməmiş, xüsusilə braxiosefal quruluşlu (məsələn, bulldog, pekingese) cins itlərdə və uzun tüklü digər ev heyvanlarında bədən temperaturunun 41°C-yə qədər yüksəlməsi ilə təngnəfəslik, selikli qişaların hiperemiyası, letargiya və kollaps halları müşahidə oluna bilər. Həmçinin yüksək temperatur heyvan qidalarının xüsusi saxlama şəraitini tələb etdiyi üçün mikrobioloji cəhətdən tez xarab olma halı ev heyvanlarında enteral pozuntuların yaranma riskini artırır.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.

“Xəstəliklərin yayılmasının qarşısının alınması üçün tövsiyə edilir ki, mövsümə uyğun olaraq profilaktik vaksinasiya və antiparazitar müalicələr aparılsın. Həmçinin ev heyvanlarına gündəlik baxım və gigiyenik tədbirlər gücləndirilməli, yemləndirmə və su təchizatı sanitar normalara uyğun təşkil edilməlidir. Bununla yanaşı, heyvanlar günün sərin saatlarında gəzdirilməli, günəşin birbaşa təsirindən qorunmalı, qeyd olunan simptomlar müşahidə edildikdə, gecikmədən baytar həkimə müraciət olunmalıdır. Qeyd edilən xəstəliklər xüsusi təhlükəli heyvan xəstəliklərinə aid olmadığı üçün həmin xəstəliklərlə mübarizə tədbirləri yalnız heyvan sahibi tərəfindən icra edilməlidir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nda ev heyvanı saxlayan şəxslərin vəzifələri müəyyən edilib. Həmin qaydalara əsasən, ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın növünə və cinsinə uyğun olaraq, yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq, ona aşağıdakı qayğıları göstərməlidir:

- heyvana lazımi səviyyədə yem və su verməli;

- heyvanın nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbirlər görməli;

- qeydiyyatda olan baytarlıq klinikalarında, itçilik klubunda öz heyvanlarını ildə bir dəfə müayinədən keçirməli;

- baytarlıq xidmətində ev heyvanları üçün quduzluğa qarşı müalicə-profilaktik tədbirləri həyata keçirməli;

- lazım olmayan heyvanları sahibsiz heyvanları saxlayan müəssisəyə təhvil verməli.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 May 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri