Icma.az
close
up
RU
Ev heyvanları saxlayanların nəzərinə: Mövsümə uyğun olaraq profilaktik vaksinasiya və antiparazitar müalicələr aparılmalıdır

Ev heyvanları saxlayanların nəzərinə: Mövsümə uyğun olaraq profilaktik vaksinasiya və antiparazitar müalicələr aparılmalıdır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 21 may, AZƏRTAC

Baytar mütəxəssislər qeyd edirlər ki, havanın temperaturunun yüksək olduğu günlərdə it, pişik və digər ev heyvanlarında allergik reaksiyalar, parazitar xəstəliklər və dəri xəstəlikləri müşahidə oluna, dəri travmaları yarana bilər. Eləcə də yay mövsümündə artan bit, gənə və digər parazitlər ev heyvanlarının dəri sağlamlığına və sair mənfi təsirlər göstərə bilər. Parazitlərə qarşı qoruyucu tədbirlərin görülməsi vacibdir. Əlavə olaraq, termorequlyasiya sistemi tam inkişaf etməmiş, xüsusilə braxiosefal quruluşlu (məsələn, bulldog, pekingese) cins itlərdə və uzun tüklü digər ev heyvanlarında bədən temperaturunun 41°C-yə qədər yüksəlməsi ilə təngnəfəslik, selikli qişaların hiperemiyası, letargiya və kollaps halları müşahidə oluna bilər. Həmçinin yüksək temperatur heyvan qidalarının xüsusi saxlama şəraitini tələb etdiyi üçün mikrobioloji cəhətdən tez xarab olma halı ev heyvanlarında enteral pozuntuların yaranma riskini artırır.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.

“Xəstəliklərin yayılmasının qarşısının alınması üçün tövsiyə edilir ki, mövsümə uyğun olaraq profilaktik vaksinasiya və antiparazitar müalicələr aparılsın. Həmçinin ev heyvanlarına gündəlik baxım və gigiyenik tədbirlər gücləndirilməli, yemləndirmə və su təchizatı sanitar normalara uyğun təşkil edilməlidir. Bununla yanaşı, heyvanlar günün sərin saatlarında gəzdirilməli, günəşin birbaşa təsirindən qorunmalı, qeyd olunan simptomlar müşahidə edildikdə, gecikmədən baytar həkimə müraciət olunmalıdır. Qeyd edilən xəstəliklər xüsusi təhlükəli heyvan xəstəliklərinə aid olmadığı üçün həmin xəstəliklərlə mübarizə tədbirləri yalnız heyvan sahibi tərəfindən icra edilməlidir”, - deyə məumatda vurğulanıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nda ev heyvanı saxlayan şəxslərin vəzifələri müəyyən edilib. Həmin qaydalara əsasən, ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın növünə və cinsinə uyğun olaraq, yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq, ona aşağıdakı qayğıları göstərməlidir:

- heyvana lazımi səviyyədə yem və su verməli;

- heyvanın nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbirlər görməli;

- qeydiyyatda olan baytarlıq klinikalarında, itçilik klubunda öz heyvanlarını ildə bir dəfə müayinədən keçirməli;

- baytarlıq xidmətində ev heyvanları üçün quduzluğa qarşı müalicə-profilaktik tədbirləri həyata keçirməli;

- lazım olmayan heyvanları sahibsiz heyvanları saxlayan müəssisəyə təhvil verməli.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri