Ev pişiyinin dişlədiyi kişi öldü
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Krımda kişi ev pişiyinin dişləməsi nəticəsində quduzluqdan ölüb.
Modern.az xarici mediaya istinadla xəbər verir ki, 2025-ci ilin noyabrında ev pişiyi kişini dişləyib, lakin o, nə tibbi yardım alıb, nə də quduzluq əleyhinə peyvənd kursu keçib. Hadisə barədə məlumat yeni açıqlansa da, həmin şəxs aprel ayında vəfat edib.
Rəsmilər Krımda quduzluqla bağlı vəziyyətin kritik olaraq qaldığını bildiriblər. Qeyd olunur ki, hər il təxminən 6500 Krım sakini heyvan dişləməsi səbəbindən tibbi yardım üçün müraciət edir. Onlardan mindən çoxu quduzluq əleyhinə peyvənd olunur.
Qeyd etmək lazımdır ki, quduzluq sinir sistemini zədələyən ölümcül xəstəlikdir. Yeganə effektiv qorunma üsulu dişləmədən sonra vaxtında peyvənd olunmaqdır. Vaxtında peyvənd olunmadıqda, yoluxmuş şəxs həyatını itirir. Xəstəliyin inkubasiya dövrü bir neçə gündən bir ilə qədər davah edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 28 Sentyabr 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















