Icma.az
close
up
RU
Bir həftədən çoxdur dənizdə qalan neftçilərlə bağlı Rəsmi açıqlama

Bir həftədən çoxdur dənizdə qalan neftçilərlə bağlı Rəsmi açıqlama

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azneft” İstehsalat Birliyinin Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3-cü mədəninin 70-80 nəfər işçisi artıq 5 gündür ki, növbə dəyişə bilmirlər. Noyabr ayının 5-dən növbə dəyişilməli idi. Nə vaxt dəyişiləcəkləri məlum deyil. İnsanlar  dənizdə qalıb, su, çörək, yemək, siqaretləri bitib”.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında iki gün əvvəl “Neftçilərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı yazıb. 

O qeyd edib ki, işçilərə gəminin nə vaxt olacağı barədə dəqiq məlumat verilmir: “Vəziyyət çox acınacaqlıdır. Mövcud vəziyyət həm işə gələ bilməyənlərin, həm də dənizdə olanların psixologiyasına təsir edir. Neftçi nə qədər suyun üstündə ağır şəraitdə qalmalıdır?”

Problemlə bağlı SOCAR-a müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, “Azneft” İstehsalat Birliyinin (İB) dənizdə yerləşən neft və qazçıxarma idarələrində çalışan əməkdaşların növbə dəyişməsinin əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınması dəniz əməliyyatlarına xas olan və vaxtaşırı baş verən hallardandır: “Bu baxımdan, N. Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 3 saylı neft və qazçıxarma sahəsində, eləcə də dənizdə yerləşən digər idarələrdə çalışan işçilərin növbə dəyişməsində yaranan gecikmənin əsas səbəbi Xəzər dənizində son günlər müşahidə olunan güclü külək və fırtınalı hava şəraitidir. Bu xüsusda hava şəraiti imkan verdikdə mövcud gəmi resurslarından səmərəli istifadə olunması, alternativ gəmilərin cəlb edilməsi və aidiyyəti qurumlarla zəruri koordinasiya tədbirlərinin həyata keçirilməsi yolu ilə növbə dəyişməsi təmin ediləcək. 
Eyni zamanda, növbə dəyişmə müddətinin uzanması nəzərə alınaraq yedək və digər təyinatlı gəmilər vasitəsilə dəniz özüllərinə zəruri ərzaq və içməli su ehtiyatlarının çatdırılması təmin edilir. Beləliklə, dəniz özüllərində çalışan əməkdaşların gündəlik tələbatlarının ödənilməsində hər hansı çətinlik mövcud deyil”.

Açıqlamada, həmçinin qeyd olunub ki, mövcud hava proqnozlarına əsasən, əlverişli hava şəraitinin gözlənildiyi 14 noyabr tarixindən etibarən “Azneft” İB-nin dəniz platformalarında növbədəyişmə əməliyyatlarının normal rejimdə bərpası planlaşdırılır: “Bununla belə, ayrı-ayrı dəniz ərazilərində növbədəyişmə əməliyyatları mərhələli şəkildə davam etdirilir. Hər zaman olduğu kimi, əsas məqsəd növbədəyişmə əməliyyatlarının dənizdə təhlükəsizlik tələblərinə tam riayət olunmaqla həyata keçirilməsidir”. 

Gülnar Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Noyabr 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri