Icma.az
close
up
RU
Ev şəraitində şəkər epilyasiyası Foto

Ev şəraitində şəkər epilyasiyası Foto

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu epilyasiya növü şərq ölkələrində çox geniş istifadə olunur. Qərbdə ona "şuqarinq" deyilir ("sugar" - ingilis dilində "şəkər").

Bu epilyasiya növünün bir çox üstünlükləri var:

- əks-göstərişlərin olmaması,

- aşağı qiymət,

- asanlıq,

- allergik reaksiyaların olmaması,

- yalnız təbii vasitələrdən istifadə olunması,

- epilyasiya pilinq effekti verir - dəri çox hamar, təravətli olur,

- bədənin istənilən nahiyəsində istifadə oluna bilər (üz, ayaqlar, qollar və s.),

- bu epilyasiya növündən daim istifadə edən qadınlar vaxt keçdikcə tüklərin daha gec çıxmasını və daha nazik olmasını qeyd edirlər.

Bu epilyasiyanı kosmetik salonlarda həyata keçirirlər. Lakin ev şəraitində də bunu etmək mümkündür.

Saglamolun.az bildirir ki, epilyasiya üçün lazım olan pastanı hazırlamaq üçün 4 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı limon duzu, 2 xörək qaşığı su lazımdır. (Əgər sizə daha çox pasta lazım olarsa, inqrediyentlərin miqdarını 2-3-4 və s. dəfə artırın.)

Epilyasi üçün olan pastanın hazırlanması

1. Şəkərlə suyu qarışdırıb odun üzərinə qoyun.

2. Şəkər əridikdən sonra limon duzu əlavə edin və qarışdıra-qarışdıra vam odda bişirin.

3. Hazır pasta karamel rəngində olmalıdır.

4. Pastanın hazır olub-olmamasını yoxlamaq üçün pastanın 1 damcısını təmiz  boşqabın qırağına tökün və barmaqlarınızda əzin - pasta barmaqlara yapışmırsa, deməli hazırdır. Digər üsul pastanın 1 damcısını 1 stəkan suya tökün, pasta suda yayılmırsa, yumru damcı şəklində qalırsa - pasta hazırdır.

5. Hazır pastanı təmiz qaba tökün və soyana kimi gözləyin.

Pasta soyana kimi dərinizi epilyasiya üçün hazırlayın. Epilyasiya olunan hissəni sabunla yuyun, yaxşı qurudun və üzərinə uşaq tozu ("prisipka") və ya un səpin. Bu pastanın dəriyə yapışmasına imkan verməyəcək. Epilyasiyadan 1 gün əvvəl duş qəbul edin və bədən skrabından istifadə edin. Bu epilyasiyanın daha yaxşı effekt verməsinə kömək edəcək.

Pasta soyanda (ilıq olmalıdır) onun bir tikəsini barmaqlarınızda 1-2 dəqiqə ərzində yaxşı əzin. Pastanın rəngi tədricən dəyişiləcək - ağaracaq, pasta daha elastik olacaq və barmaqlara yapışmayacaq.

Bundan sonra pastanı dəriyə çəkin (tüklərin uzanmasının istiqamətinə qarşı) və daha sonra cəld hərəkətlərlə (tüklərin uzanmasının istiqamətinə) pastanı dəridən qopardın. Pastanı bir neçə dəfə istifadə etmək olar. Daha sonra təzə pastanı götürün. Pasta  soyubsa, pasta ilə olan qabı isti su tökülmüş qazanda bir qədər qızdırın.

Epilyasiya qurtaranda artıq qalmış pastanı soyuducuda saxlayın. Epilyasiyadan sonra dərini ilıq su ilə yuyun.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri