Icma.az
close
up
RU
Ev ximçistkası ləkələri aparırıq

Ev ximçistkası ləkələri aparırıq

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzən ləkələr xınamlar üçün ciddi problemə çevrilir.

Müasir camaşir tozların və ləkə aparmaq üçün olan xüsusi vasitələrin istifadəsi heç də hər zaman lazım olan nəticə vemir, bəzən isə əşya hətta korlanır.

Adi vasitələrin köməyi ilə paltarlara düşmüş bir çox ləkələri ev şəraitində təmizləmək mümkündür. Sizə ev "ximçistkası"nın bəzi reseptlərini təqdim edirik:

- Təzə ləkələr daha tez və asan təmizlənir. Bu səbəbdən paltara, süfrəyə və s. düşən ləkəni dərhal təmizləməyə çalışın. Bu mümkün olmadıqda ləkənin üzərinə qalın qat adi duz tökün.

- Təzə ləkələrin bir çox hissəsini adi su və camaşir tozla aparmaq olur.

- Ləkələri təmizləyərkən ləkənin kənarlarından ortaya doğru təmizləmək lazımdır. Əks halda ləkə daha da yayılacaq.

- Ləkəni apararkən ləkənin altına bir neçə qat qatlanmış təmiz parça qoyun.

- Ləkəni aparandan sonra paltarı mütləq yumaq lazımdır.

- Meyvə və giləmeyvələrdən düşən təzə ləkələri axar qaynar suyun altında ləkə yox olanan kimi saxlayın, sonra isə paltarı adi qaydada yuyun.

- Mürəkkəbdən düşən təzə ləkələri qatıqla və ya limon şirəsi ilə təmizləmək olar.

- Paltara saqqız və ya mum yapışıbsa, bu yerə sellofana bükülmüş buz qoyub saxlayın (və ya paltarı soyuducunun dondurucu kamerasına qoyun). Saqqız donandan sonra onu ehtiyatla küt bıçaqla qaşıyın.

- Təzə qan ləkəsini əvvəl soyuq suyun altında (isti sudan istifadə etmək olmaz!) yaxşı yaxalayın və sonra adi qaydada camaşır tozu ilə yuyun.

- Otdan düşən ləkələri qatıqda isladın, yaxşı yaxalayın və sonra adi qadada yuyun. Digər üsul - 1 stəkan suda 1 xörək qaşığı duz əridin və ləkəni bu məhlulda yuyun.

- Palçıq ləkələrini dərhal yumayın. Palçıq quruyandan sonra ləkəni şotka ilə təmizləyin və sonra yuyun.

- Ütüdən qalan ləkələri soğanın şirəsi ilə təmizləyin (soğanı yarı bölün və ləkəni sürtün) və sonra paltarı yuyun.

- Pas ləkələri limon şirəsi ilə aparmaq olar.

- Yağ ləkələri qab şampunların köməyi ilə təmizləmək olar. Qab şampunu 1 stəkan suya tökün, köpükləndirin və bu köpüklə ləkəni təmizləyin.

- Təzə yağ ləkələri narın duzla təmizləmək olar. Duzu bir qədər su ilə qarışdırın və ləkəni sürtün.

- Çay ləkələri limon şirəsinin köməyi ilə aparmaq olar. Ləkəni limonun dilimi ilə sürtün və sonra paltarı yuyun.

- Şokolad ləkəli duzlu su ilə təmizləmək olar.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see557

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see497

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see462

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see385

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see378

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see347

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see247

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see240

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see238

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see213

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see208

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see208

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see208

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see191

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see187

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see185

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see177

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see174

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see171

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri