Icma.az
close
up
RU
Evdar kişi və evdar qadın

Evdar kişi və evdar qadın

Icma.az, 525.az saytına istinadən bildirir.

Duman RADMEHR

Qızımız Ediz Dərinin bir yaşı tamam oldu, artıq uşaq bağçasına gedir. Mən də təxminən səkkiz ay davam edən atalıq məzuniyyətindən sonra yenidən işə qayıtmışam. Bəli, İsveç qanunları qadınların analıq məzuniyyəti kimi, kişilərin də atalıq məzuniyyətini tanıyır.

Bu səkkiz ay mənim üçün həm şəxsi, həm də intellektual baxımdan çox dəyərli bir təcrübə oldu. Çünki qızımla vaxt keçirməklə yanaşı, uzun illər oxuduğum bir nəzəriyyəni gerçək həyatda sınamaq və təsdiqləmək imkanı qazandım. Sadə dillə desək, toplumda "evdar xanım" və "analıq" kimi rollar çox vaxt qadının təbiətinə məxsus xüsusiyyətlər kimi təqdim olunur. Halbuki bu təsəvvür tam olaraq həqiqəti əks etdirmir, daha çox tarixi və sosial şərtlərin nəticəsində formalaşan bir anlayışdır.

Bu müddətdə Ediz Dərinlə bağlı əsas məsuliyyət məhz mənim üstümdə idi. "Əsas məsuliyyət" dedikdə həm əməli, həm də zehni yük nəzərdə tutulur. Əməli işlər mənim üçün əvvəldən tanış idi - böyük oğlumuz Teoman Savalanın qayğısına həyat yoldaşım Əzra ilə birlikdə qalmışam. Amma zehni məsuliyyət, yəni uşaqla bağlı bütün planlama, qayğı, narahatlıq daha çox Əzranın üzərində olurdu. Bu dəfə isə balans dəyişdi.

Əməli işlər əlbəttə ki, yorucudur, lakin zehni yüklənmə tam başqa bir xarakter formalaşdırır. Uşağı yedizdirmək və geyindirmək sadəcə icra yönümlü işlərdir. Amma bu işləri uzun müddət planlamaq, davamlı olaraq uşağın ehtiyaclarını düşünmək, sağlamlığını izləmək, yeməyini, geyimini, yuxusunu, həkimini, xəstəliyini və s. nəzərə almaq insanın zehnini fasiləsiz məşğul edir. Bu isə zamanla fərqli bir düşüncə tərzi və davranış modeli yaradır.

Bütün bunlara evin digər işlərini də əlavə edin: təmizlik, alış-veriş, yemək bişirmək, paltar yumaq və s. Bu işlərin yaratdığı zehni yükün təsiri daha da aydın görünür. Məhz bu davamlı zehni və əməli təkrarlanma insanı "evdar" edir.

Demək istədiyim odur ki, "evdar olmaq" qadının təbiətindən doğan bir xüsusiyyət deyil; mühitin, adət-ənənənin, rol bölgüsünün və daimi məsuliyyətin meydana gətirdiyi bir haldır. Eyni şəraitdə kişilər də çox rahatlıqla "evdar kişi" ola bilirlər. Mənim də yaşadıqlarım bunun bariz nümunəsi oldu. Hətta bəzən özümü müşahidə edəndə anamın ev xanımı kimi göstərdiyi həssaslıqların məndə də formalaşdığını hiss edirdim.

Bu məsuliyyətin başqa bir nəticəsi isə uşağın sənə bağlanmasıdır. Çünki günün böyük hissəsini səninlə keçirir, özünü sənin yanında daha güvəndə hiss edir. Ediz Dərindən bunu açıq şəkildə görürdüm: bir müddət yalnız mənimlə yatmaq istəyirdi və ağlayanda ən çox mənim qucağımda sakitləşirdi. İşə qayıtdığım ilk günlər həm mənə, həm də ona çox çətin oldu.

Bəs çox eşitdiyimiz o "ana məhəbbəti" nədir? Yoxsa bu duyğu bioloji olduğu qədər, sosial məsuliyyətin və zaman içində formalaşan ünsiyyətin də məhsuludur? Qadınlarda bu duyğunu gücləndirən amillərin nə qədəri bioloji, nə qədəri tarixi prosesin nəticəsidir? Bu suallara qəti cavab vermək çətindir. Amma bir şey aydındır: uşaqla davamlı ünsiyyətdə olmaq, onun məsuliyyətini daşımaq bu bağlılığın yaranmasında əsas rolu oynayır. Deməli, eyni məsuliyyət kişidə də uzun müddət davam etdikdə, "ana məhəbbəti"nə bənzər - bəlkə də onunla eyni səviyyədə - "ata məhəbbəti" meydana çıxır.

Evdarlıq və analıq rollarının özündə böyük dəyər var. "Feminist ata" kimi həm evdar kişi olmaq, həm də ata məhəbbətini dərindən yaşamaq müsbət bir təcrübədir. Mənfi olan isə qadının sosial-iqtisadi həyatını məhdudlaşdırmaq, bu işlərin qadının "təbii rolu" kimi qəbul edilərək ona məcburi şəkildə yüklənməsidir.

Ədalət və bərabərlik ailənin ən güclü təməllərindən biridir.

Yöteborq, İsveç

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Dekabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see585

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see561

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see557

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see478

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see473

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see439

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see373

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see365

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see333

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see323

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see317

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see309

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see305

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see297

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see296

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see296

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri