Evdə köhnə əskinas saxlayanlara VACİB XƏBƏR
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Sosial şəbəkələrdə keçmişdə dövriyyədəolan, hazırda isəyenilənmiş əskinasların vətəndaşlar tərəfindən toplandığınıəks etdirən videolar yayılır.
Bəzi insanlar köhnəəskinasları xatirəvəya kolleksiya məqsədiləsaxlayırlar. Bu cür pulların gələcəkdə dəyər qazana biləcəyi dəmaraq doğuran məsələlərdən biridir.
Bəs köhnəəskinasların zamanla kolleksiya dəyəri arta bilərmi?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, köhnəəskinaslar zamanla kolleksiya dəyəri qazana bilər, lakin bunun üçün uzun illər gözləmək lazım gələ bilər:
"Köhnə əskinaslar zamanla kolleksiya dəyəri qazana bilər. Amma burada əsas məsələ başqadır. Bunun üçün bəlkə də50 il gözləmək lazımdır. Hətta 50 il keçdikdən sonra belə həminəskinasların dəyər qazanacağına zəmanət yoxdur. Məgər sovet dövrünəaid pullar bu gün nəqədər dəyər qazanıb? Yaxud 1992-1993-cü illərdədövriyyəyə buraxılmışAzərbaycanəskinasları... Artıq 30 ildən çox vaxt keçib. Bəs onlar nəqədər dəyər qazanıb? Əslində, ciddi bir artımdan danışmaq çətindir”.
İqtisadçının sözlərinəgörə, hazırda dövriyyədə olan əskinasların gələcəkdəxüsusi kolleksiya dəyəri qazanacağı ehtimalı olduqca aşağıdır:
"Ona görə dəhazırda dövriyyədə olan əskinasların gələcəkdəxüsusi dəyər qazanacağı iləbağlı gözləntilər, sadə dillə desək, yanlışola bilər. Təbii ki, bu, mənim subyektiv qiymətləndirməmdir. Mən həminəskinasların 10, 20, hətta 30 il sonra xüsusi kolleksiya dəyəri qazanma ehtimalını bir faizdən dəaşağı qiymətləndirirəm”.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 09 Oktyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















