Icma.az
close
up
RU
Evdə müalicə alan pasiyentlərə dərmanların verilmə qaydası məlum olub

Evdə müalicə alan pasiyentlərə dərmanların verilmə qaydası məlum olub

Icma.az, Apa.az saytına istinadən bildirir.

Yeni qaydalar vətəndaşların ambulator şəraitdə (evdə) istifadə olunan əlçatan dərmanların icbari tibbi sığorta hesabına təmin edilməsi ilə bağlı mexanizmin normativ çərçivəsini müəyyən edir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qaydalarda dərman vasitələrinin icbari tibbi sığorta hesabına kompensasiya mexanizmi, onların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması meyarları müəyyənləşdirilib. Dərman vasitələrinin pozitiv siyahıya daxil edilməsi meyarlarına dərman vasitəsinin dövlət reyestrində olması, onun keyfiyyətli, təhlükəsiz və effektiv olması, qiymətinin tənzimlənmiş olması və icbari tibbi sığorta fondunun maliyyə imkanlarına uyğun olması daxildir.

Eyni zamanda, bu qaydalar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) aptek təşkilatları ilə müqavilə mexanizminin formalaşmasına hüquqi əsas yaradır.

Qərarların qəbulu dərman təminatı sisteminin hüquqi və inzibati əsaslarının formalaşdırılması istiqamətində atılan mühüm addımdır. Hazırda icbari tibbi sığorta hesabına dərmanların ambulator şəraitdə qarşılanması istiqamətində zəruri hazırlıq işləri – elektron reseptlərin icbari tibbi sığortanın məlumat bazası ilə inteqrasiyası, apteklərlə əməkdaşlıq mexanizmlərinin qurulması və hesabatlılığın təmin olunması həyata keçirilir. Dərmanlar elektron resept vasitəsilə təyin olunacaq. Elektron reseptlər vasitəsilə təyin olunmuş dərman vasitələrini pasiyentlər Agentliklə müqaviləsi olan özəl apteklərdən ala biləcəklər.
Məlumat üçün bildirək ki, pozitiv siyahı icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə (evdə) müalicə üçün pasiyentlərə verilən dərman vasitələrinin siyahısıdır. Bu siyahıya

daxil olan dərmanların müəyyən edilmiş hissəsi və ya tam dəyəri icbari tibbi sığorta hesabına qarşılanacaq. Pozitiv siyahıda dərman vasitəsinin ticarət adı, beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı), dozası, anatomik- terapevtik-kimyəvi kodu, farmasevtik forması, xəstəliyin müalicəsi üçün tətbiq edildiyi XBT 10 kodu, qablaşdırılma miqdarı, şərti kompensasiya məbləği və müştərək maliyyələşmə məbləği qeyd olunacaq. Qeyd edək ki, pozitiv siyahı hər rübün ilk ayının 15-nə kimi yenilənəcək və yenilənmiş siyahı Agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri