Evdəki internetiniz zəif işləyir? Səbəb bu ola BİLƏR
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ev internetinin zəif işləməsinin səbəbi bəzən internet paketində deyil, routerin düzgün qurulmamasında ola bilər.
Redaktor.az xəbər verir ki, “How-To Geek”in məlumatına görə, "Wi-Fi" bağlantısını yaxşılaşdırmaq üçün routerin bəzi parametrlərini dəyişmək mümkündür.
Mütəxəssislər ilk növbədə routerdə eyni internet bağlantısını paylaşan iki ayrı şəbəkənin düzgün qurulduğunu yoxlamağı məsləhət görürlər. Həmçinin ağıllı növbə idarəetməsi (SQM) funksiyasının aktivləşdirilməsi tövsiyə olunur. Bu funksiya gecikməni azaltmağa və internetdə yaranan yüklənmə problemlərinin qarşısını almağa kömək edə bilər.
İnterneti sürətləndirməyin digər yollarından biri DNS serverini dəyişdirməkdir. Bunu istifadəçi özü edə və ya mütəxəssisdən kömək ala bilər.
Mütəxəssislər həmçinin 2,4 və 5 giqahers tezlikləri üçün ayrı "Wi-Fi" şəbəkələri yaratmağı və cihazları bu şəbəkələr arasında bölüşdürməyi tövsiyə edirlər.
Bundan başqa, routerin yerləşdiyi yer də internetin keyfiyyətinə təsir edir. Routeri mümkün qədər hündür yerdə, açıq ərazidə yerləşdirmək və digər əşyalarla qarşısını bağlamamaq məsləhətdir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 25 Avqust 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















