Everton 19 yaşlı istedadı 40 milyona alıb
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
"Everton" Tayler Diblinqin keçidini rəsmiləşdirib.
İdman.biz xəbər verir ki, 19 yaşlı cinah hücumçu "Sautgempton"dan transfer olunub.
İngiltərinin istedadlı futbolçularından hesab olunan Taylerlə 4 illik müqavilə imzalanıb. Transferin dəyəri 35 milyon funt sterlinq olub. "Everton" daha 5 milyon bonuslar ödəyəcək.
Qeyd edək ki, Diblinq ötən mövsümdə İngiltərə Premyer Liqasında 33 matçda iki dəfə fərqlənib.
İdman.biz

