Icma.az
close
up
RU
Evi çökən Xətai sakini 46 gündür ailəsi ilə küçədə qalıb, heç bir rəsmi qurum maraqlanmır PREZİDENTƏ MÜRACİƏT / VİDEO

Evi çökən Xətai sakini 46 gündür ailəsi ilə küçədə qalıb, heç bir rəsmi qurum maraqlanmır PREZİDENTƏ MÜRACİƏT / VİDEO

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsi 11 ünvanında yaşayan Məmmədov Məzun Hümbət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına növbəti şikayət məktubu daxil olub. Şikayətçi müraciətinə müvafiq qurumların heç bir reaksiya verməməsinə etiraz edir. Odur ki, rəsmi qurumlardan əlini üzən Məzun Məmmədov saytımız vasitəsilə bu dəfə Prezidenti İlham Əliyevə müraciət edir. Onun müraciətini olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Rəsmi qurumlara etdiyim müraciətlər cavabsız qaldığl üçün, məcbur qalıb Sizə müraciət edirəm!

Bildirim ki, 2006-cı ildə Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsi 11 ünvanında yerləşən hazır tikilmiş və müvafiq sənədləri qaydasında olan evi almışam. Evin müvafiq sənədləri tam qaydasında olduğundan, Sizin çıxarışsız həyət evlərinin çıxaşlarının  verilməsi barədə verdiyiniz sərəncama əsasən, mənə də torpağa və evə çıxarış verilmişdir.

Oktyabr ayının 13-də, səhər tezdən yaşadığım evdə çökmə baş verdi. Mən bu barədə dərhal aidiyyəti qurumlara məlumat verdim. Ailə üzvülərimi isə arxa pəncərədən, qonşunun həyətindən təxliyə etdim.

Bəzi qurumların əməkdaşları gəlib baxış keçirdilər və evin yaşayış üçün tam yararsız olduğu haqda qərar verildi.

Məlumat verim ki, 7 nəfər ailə üzvümlə bərabər artıq 46 gündür evimizi tərk etmişik. Hazırda çox çətin vəziyyətə düşmüşük, pensiya ilə dolandığım üçün evimi təmir etdirmək imkanım yoxdur.

Mənim bu vəziyyətimi demək olar ki, bütün televiziyalar saytlar çəkib, saytlar bu haqda məqalələr dərc edib. Lakin indiyədək biə kömək edən yoxdur.

Cənab Prezident!

Onu da bildirim ki, Sizə məktub və teleqramla da müraciətim etmişəm. Sizdən evimin kompensasiyasının verilməsi üçün bizə yardım etməyinizi xahiş edirəm. Heç bir qurum bizimlə maraqlanmır, kiimsə məsuliyyəti öz üzərinə götürmək istəmir.

Havanın soyuq vaxtında evsiz qalmışıq, necə edəcəyimizi bilmirik. Bir ailənin həyatı təhlükədədir, amma bu, səlahiyyətli qurumların heç vecinə də deyil. Biz, vətəndaş olaraq, hər bir problemin həll edilməsi ilə bağlı Prezidentə müraciət etməliyik?! Üstəlik, mən uşaq deyiləm ki, hansısa bir qurum kobud cavab versin.

Bildirim ki, bu işlə təkcə “Azərsu”nun əməkdaşları məşğuldurlar. Rayon İcra Hakimiyyəti qəti bu hadisə ilə maraqlanmır.

Cənab Prezident!

Sizdən həm özümün, həm də ailəmin adından xahiş edirəm, tapşırıq verin, səlahiyyətli qurumlar bu məsələ ilə maraqlansınlar.

Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adları çəkilən qurumların mövqeyini də dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Dekabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri