Icma.az
close
up
RU
Evi olan hər kəs bunu bilməlidir İllik sığorta haqqı AÇIQLANDI

Evi olan hər kəs bunu bilməlidir İllik sığorta haqqı AÇIQLANDI

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Əmlak sığortasının məcburi növü ilə yanaşı, evini mümkün risklərdən qorumaq istəyənlər üçün könüllü sığorta da mövcuddur. Ancaq Azərbaycanda bir çox ailə bunun üçün ayrıca pul ödəməyə ehtiyac görmür. Bəs adi bir mənzili könüllü sığortalamaq ailəyə ildə neçəyə başa gəlir və bu xərc həqiqətən özünü doğruldurmu?

Mövzu ilə bağlı “Yeni Sabah”a sığorta məsələləri üzrə ekspert İlkin Nəcəfov könüllü əmlak sığortasına marağın aşağı olmasının əsas səbəblərindən danışıb:

“Bu, sığortaya qarşı inamsızlıq məsələsi deyil. Əsas məsələ insanların real gəlirləri və mövcud xərcləri ilə bağlıdır. Hazırda ölkəmizdə sığorta daxilolmalarının ümumi daxili məhsulda payı 5 faizə çatıb. Əhalinin əksəriyyətinin gəlirləri əsasən zəruri xərclərinə yönəldiyindən sığorta kimi xidmətlərə ikinci və üçüncü dərəcəli ehtiyac kimi baxırlar. İnsanların gəlirləri zamanla artdıqca, maddi vəziyyətləri yaxşılaşdıqca sığortaya maraqları da artacaq. Bu, bütün dünyada belədir”. Sezar pizza

Ekspert deyib ki, könüllü əmlak sığortasının şərtləri də insanlar üçün münasibdir:

“Bundan başqa, ipoteka ilə mənzil alanların əmlakı sığortalanır. İcbari sığorta da bu baxımdan tətbiq olunur. İstənilən alqı-satqı əməliyyatı və daşınmaz əmlakla bağlı aparılan əməliyyatlarda əmlakın icbari sığortası tələb olunur və bu zaman sığorta həyata keçirilir. İcbari və könüllü sığorta arasında fərq də buradan yaranır. Çox az sayda insan könüllü şəkildə öz əmlakını sığortalatmaq istəyir. Bununla belə, onlar üçün sığorta şərtləri kifayət qədər əlverişlidir. Əmlakın çıxarışı varsa və hüquqi baxımdan qeydiyyatdan keçibsə, onu sığortalamaq mümkündür. Sığorta haqqı əmlakın cari vəziyyətindən və bazar dəyərindən asılı olaraq təxminən 0,3-0,4 faiz təşkil edir.

Məsələn, 100 min manatlıq evin sığortası üçün ildə təxminən 300-400 manat sığorta haqqı ödəmək lazım gəlir. Bu, kifayət qədər ciddi məbləğ deyil. Hətta könüllü əmlak sığortasında ödənişi hissəli şəkildə, aylıq formada etmək imkanı da var”.

İ. Nəcəfov hesab edir ki, insanların sığortaya pul ayırıb-ayırmaması daha çox qazancı ilə gündəlik xərclərindən nə qədər pul qalmasından asılıdır:

“Buna baxmayaraq, hələ də əhali arasında buna kifayət qədər maraq yoxdur. Faktiki olaraq, ipoteka və icbari əmlak sığortası çərçivəsində, xüsusilə regionlarda evlərini sığortalayan insanlar davamlı olaraq sığorta ödənişlərindən faydalanırlar. Sığorta ödənişlərinin məbləğində də ciddi problem yoxdur və müştərilər bu xidmətdən istifadə edirlər. Lakin əsas məsələ əhalinin gəlir və xərcləri arasındakı vəziyyətlə bağlıdır. İnsanların real gəlirləri aşağı olduqda, onlar sığorta məhsullarına daha az üstünlük verirlər”.

Əsmətxanım Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Sentyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri