Icma.az
close
up
RU
Evi partlayan Vüqar Həşimov kimdir? Allaha sual vermək üçün ölümü gözləyən qrossmeyster

Evi partlayan Vüqar Həşimov kimdir? Allaha sual vermək üçün ölümü gözləyən qrossmeyster

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli.Az lent.az-a istinadən "Bioqrafiya" rubrikasında 28 yaşında həyatını itirmiş, qısa ömründə 70-dən çox titul qazanan istedadlı şahmatçı, qrossmeyster Vüqar Həşimovdan bəhs edir.

- Vüqar Həşimov harada və nə zaman anadan olub?

Vüqar Qasım oğlu Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub.

- Vüqar Həşimov hansı uğurları qazanıb?

Vüqar Həşimov 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. Dəfələrlə 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.

2009-cu ildə məhz qrossmeyster Vüqar Həşimov Azərbaycan Şahmat yığmasını Avropa çempionu etmişdi. 2009-cu ildə Çinin paytaxtı Pekində keçirilən Dünya İntellektual oyunlarının Rapid növündə gümüş medal, gözübağlı sürətli şahmat növündə isə bürünc medala sahib çıxmışdı. 2008-ci ildə Bakıda keçirilən Planetin I Qran Piri mərhələsində qızıl medala sahib olmuşdu.

27 dəfə Azərbaycan bayrağını dünya və Avropa şahmat arenalarında yüksəkliklərdə dalğalandırmışdı. 2009-cu ildə Avropa Çempionatından təxminən bir ay sonra, dekabr ayında Vüqar Çinin paytaxtı Pekində keçirilən "SportAccord" Dünya İntellektual Oyunlarında iştirak edib. Bu oyunlarda rapid növündə gümüş medal qazanan Vüqar gözübağlı sürətli növdə bürünc medala sahib çıxıb. Yarışın rəsmi saytı bütün iştirakçıların oxşarlarını açıqladıqları siyahıda Vüqar Həşimovun xasiyyətinə görə Ceki Çana oxşadığını qeyd edib. O, üçqat Azərbaycan çempionu tituluna sahib idi. O, FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb. Xəstəliyi səbəbi ilə o daha çox virtual olaraq yarışlara qatılırdı.

- Vüqar Həşimovun tək məşğuliyyəti şahmat idi?

Vüqar Həşimov şahmatdan başqa məharətlə pianinoda da ifa edirdi. Poeziyanı sevirdi. Boş vaxtlarında Futbol və böyük tennislə məşğul olurdu. Vüqar Həşimov fenomen yaddaşa malik idi. O dünya tarixini, coğrafiyasını, musiqisini, idmanını və 7-dən çox xarici dili mükəmməl bilirdi.

- Vüqar Həşimov ailəli idi?

Yox. O Elizabet adlı əcnəbi vətəndaşla nişanlı idi. 

- Vüqar Həşimovun xəstəliyi nə idi?

2011-ci ildə elə oyun zamanı Vüqarın səhhəti pisləşir. Həmkarları ona yardım göstərir və Vüqar bütün bunlara baxmayaraq, turniri davam etdirir, üstəlik, iki qələbə qazanır. Bir müddət sonra sağlamlığındakı problemlərlə bağlı yarışlarda aşağı nəticələr göstərir.
Həmkarları deyir ki, biz əmin idik ki, o, şahmat tacını Azərbaycana gətirəcək. Amma ömrü buna imkan vermədi.
Vüqar Həşimovun beynində bədxassəli xərçəng şişi aşkarlanmışdı. Ölümünə məhz bu səbəb olub. O müntəzəm müalicə alırdı. Müalicəsini tamamlamaq üzrə olan Həşimovun hətta 2014-cü ildə yarışlara qatılacağı gözlənilirdi. Deyilənə görə xəstəliyi geriləmişdi. Lakin istedadlı şahmatçımız gözlənilmədən Almaniyanın Heydelberq klinikasında vəfat edib.

- Vüqar Həşimov  harada dəfn edilib?

14 yanvar 2014-cü ildə Respublika Şahmat Mərkəzində mərhumla vida mərasimi təşkil olundu.  o, həmin gün II Fəxri Xiyabanda dəfn edildi.

-Vüqar Həşimovun xatirəsi necə əbədiləşdirlib?

2014-cü ilin aprel ayında, Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil edilmişdi. Turnirdə Maqnus Karlsen, Fabiano Karuana, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Sergey Karyakin, Hikaru Nakamura, Etiyen Bakrot, Vang Hao, Rauf Məmmmədov, Qədir Hüseynov, Pavel Elcanov, Rodoslav Voytaşek, Aleksander Motilev, Eltac Səfərli, Nicat Abbasov və Vasif Durarbəyli kimi şahmatçılar iştirak etmişdi.
Növbəti illərdə də bu turnir ənənəvi olaraq keçirilməyə davam edir.2016-cı ildə Bakıda Qrosmeyster Vüqar Həşimov Şahmat Akademiyası fəaliyyətə başlayıb.

- Vüqar Həşimovun nişanlısı onun haqqında nələr söyləyib?

Vüqar Həşimovun son günlərinədək onun yanından çəkilməyən nişanlısı Elizabet V. qərb mətbuatında sevdiyi insan haqqında təəssüratlarını "Vüqar Həşimovu xatırlayarkən" adlı məqalədə paylaşıb,  "Vüqar mənim nə zamansa qarşılaşdığım ən gözəl insanlardan biridir. Vüqar sakit insan idi, özündən daha çox başqalarının qayğısına qalırdı. O, gözəl, yumşaq yumor hissinə malik, xeyirxah insan idi. Hesab edirdi ki, yalnız təbəssüm insanları xoşbəxt edə bilər. 
Sevdiyim şəxsin təhlükəli diaqnozu barədə öyrənəndən sonra sevincim kədərə çevrildi. Yalnız onun döyüş ruhu və nikbinliyi mənə dəstək olurdu. Hətta Vüqar üçün mənəvi və fiziki baxımdan daha çətin olanda belə, o, söykənməyim üçün çiynini mənə verirdi.
Mən, Almaniyadakı xəstəxanaya getməli olduğumuz günü yaxşı xatırlayıram - Vüqar gülümsəyirdi. Bir neçə gün intensiv terapiyadan sonra palataya qayıtdıqda, Vüqar yenə də gülümsəyirdi. Vüqarın bir insan kimi mahiyyətini məhz belə təsəvvür etmək olar: yumor, həyat gücü, açıqlıq. Bütün bunlar daim yaddaşımda qalacaq. O, qalib gəldikdə belə qarşı tərəfin məğlubiyyətinə hörmət edir, onun yerinə üzülə, kədərlənə bilirdi.

Vüqar, mən heç kimi sənin qədər sevməmişdim. Mənimlə fədakarcasına paylaşdığın saysız-hesabsız gözəl anlara görə çox sağ ol. Sən daim mənim ürəyimdə olacaqsan, yolumda atdığım hər bir addımı müşayiət edəcəksən və sənin haqqında xatirələr mənim gündəlik həyatımı bəzəyəcək, məni daha möhkəm edəcəklər. Çox sağ ol!", - deyə, Elizabet sonda bildirib.

- Vüqar öləcəyini bilirdi və  Allahla görüşəndə ona sual verəcəyini demişdi. Bu hansı sual idi?

- O deyirdi ki, Allahla görüşəndə mənə nə üçün belə gözəl ömür bəxş etdiyini soruşacam.

- Dünən axşam Abşeronda partlayan ev Vüqar Həşimovun olub?

Bəli. Partlayış zamanı evdə onun valideynləri olub. 
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Dekabr 2024 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see190

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see119

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see118

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see116

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see111

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see111

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see111

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see110

Sərinkeşin qarşısında yatmaq zərərlidir?

17 İyul 2025 22:06see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see110

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see109

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see109

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see109

Rusiyanın Qərbə qarşı müharibəyə başlaması üçün... Orban

18 İyul 2025 01:00see108

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see108

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri