Icma.az
close
up
RU
“Evimə yaxın iş” layihəsi tıxac probleminin həllində rol oynayacaq?

“Evimə yaxın iş” layihəsi tıxac probleminin həllində rol oynayacaq?

Icma.az bildirir, Avtosfer portalına istinadən.

bu gün TƏBİB tərəfindən “Evimə yaxın iş” adlı yeni layihənin icrasına başlanılıb.

Layihənin əsas məqsədi tibb müəssisələrində çalışanların vaxtdan səmərəli istifadə etməsinə şərait yaratmaq, iş prosesindəki aktivliyi artırmaq, sosial rifaha təsir etmək, davamiyyəti gücləndirmək və eləcə də, avtomobildən istifadəni azaltmaqla ölkəmizdə həyata keçirilən ekoloji tədbirlərə dəstək verməkdir.

TƏBİB tərəfindən atılan bu addım tıxac probleminin həllində rol oynayacaqmı?

Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev qeyd edib ki, "Evimə yaxın iş" layihəsi yaxşı həlldir:

“Mən düşünürəm ki, "Evimə yaxın iş" layihəsi bir tərəfdən yaxşı bir həlldir. Amma bizim tibb müəssisələrimizin evimizə yaxın olması daha önəmlidir. Çünki tibb müəssisələrində işləyənlərdən çox, tibb müəssisələrinə gedənlər daha çoxdur. 15 dəqiqəlik şəhər konsepsiyasına uyğun olaraq tibb müəssisələri, təhsil müəssisələri piyada məsafədə olmalıdır. Köhnə yanaşma ilə baxsaq, mikrorayonlar elə buna bənzər konsepsiyada idi. Ərazi üzrə əhali artıbsa, həmin yerlərdə tibb müəssiəslərinin sayının artırılması daha məntiqli olar. Tətbiq edilən yeni layihə də müsbət həlldir, amma faktiki olaraq yaşayış məntəqəsində nə qədər insan yaşayır, bunun uçotu doğru aparılmalıdır. Buna müvafiq olaraq saya uyğun nə qədər tibb müəssisəsi, məktəb olması müəyyən edilib ona uyğun artırılmalıdır”.

Ekspert bildirib ki, region xəstəxanaları elə vəziyyətə gəlməlidir ki, insanlar müalicə üçün Bakıya axın etməsinlər:

“Digər məsələ də ondan ibarətdir ki, regional, böyük şəhərlərimizin xəstəxana kompleksləri daha da təkmilləşdirilməli, daha yaxşı hala gətirilməlidir ki, insanlar müalicə üçün Bakıya axın etməsinlər. Məhz regional şəhərlərə getsinlər. Buna Gəncə, Şəki, Mingəçevir, Yevlax, Şirvan, Quba, Naxçıvan və s. bölgələri misal olaraq göstərmək olar. Düşünürəm ki, sıxlığın həlli baxımdan tibb sahəsində bu kimi addımlar daha effektiv olacaq”.

“Yaxşı olar ki, TƏBİB randevu xidmətini təxirə salmadan işə salsın. Çünki planlaşdırma da çox önəmlidir. İnsanların öncədən planlaşdırıb, öz saatını nizamlayıb ona uyğun tibb müəssisələrinə getmə imkanı olmalıdır. Bu halda insanlar gedir və orada növbələr olur ki, bu da əlavə bir problem yaradır. Bu məsələnin mərhələli həllinə baxsaq, ilk növbədə randevu xidməti tətbiq olunmalıdır. İkinci ən önəmli məsələ yaşayış yerinə uyğun, əhali sayına uyğun tibb müəssisələrinin sayının artırılmasıdır. Üçüncü məsələ, tibb müəssisələrinin orada işləyənlərin evinə yaxın yerləşdirilməsi də müsbət haldır”, - deyə o əlavə edib.

Nəqliyyat eksperti Elməddin Muradlı da öz növbəsində bildirib ki, TƏBİB tərəfindən belə bir addımın atılması alqışalayiqdir.

“TƏBİB tərəfindən belə bir addımın atılması alqışalayiqdir və digər qurumlar üçün də yaxşı bir nümunə, yol xəritəsi ola bilər. Bir çox sahələrdə bu mümkündür. Hərbi birləşmələrdən tutmuş daxili işlər orqanlarına, prokurorluq orqanlarına qədər, digər adiyyəti qurumlar da bu məsələləri tənzimləməlidir. Dünyanın bir çox ölkələrində bu praktikadan geniş istifadə olunur. Ən çox Amerikada yayıldı və orada belə bir şüar səsləndi və yaxşı da nəticə verdi ki, “ya işi evə yaxın etməlisən, ya da evi işə yaxın etməlisən”. Bu prinsipdən yola çıxıb xeyli irəliləyişə nail oldular. Mən TƏBİB rəhbərliyinə təşəkkürümü bildirirəm ki, belə bir kreativ addımla tıxac probleminin həllinə dəstəklərini nümayiş etdirirlər. Digər qurumları da belə maraqlı addımlar atmağa dəvət edirəm. Xüsusən təhsil sistemində buna çox ciddi ehtiyac var. Səhiyyə sistemində bunu TƏBİB-in həyata keçirməsi çox yaxşıdır. Digər qurumlar da bu yerdə səfərbər olaraq öz mövqelərini ortaya qoymalıdırlar. Buna çox ciddi ehtiyac var”.

Ekspert qeyd edib ki, bu gün ən böyük problem bir insanın durub şəhərin bu başından o başına işə getməsidir.

“Bu problem ən çox təhsildə müşahidə edilir. Təhsil Nazirliyi elan edir ki, məsələn, ucqar ərazilərdə təhsil işçisi axtarırıq, axtarırsınız, bəs, fikirləşmirsiniz ki, o şəxs ucqar əraziyə necə gedib-gələcək? İctimai nəqliyyat yox, problemlər var. Beləliklə, hesab edilir ki, hər şey öz-özünə həll ediləcək. Yox, bu çıxış yolu deyil. Son dövrlər aparılan islahatlar, araşdırmalar da onu göstərir ki, tıxacın yaranmasının ən böyük səbəbi təhsil sistemidir. Son bir ayda görürük ki, universitetlər bağlıdır, məktəblər ötən həftə 1 həftəlik tətilə çıxdılar və biz dərhal küçələrdəki boşluğu hiss etdik.

Ona görə ki, təhsil müəssisələri çox əcaib bir formada inkişaf edib. Hansı uşaq harada istəyirsə, orada oxuyur. Bəzən bunu təhlil etməyə də ehtiyac yaranır ki, səbəb nədir. Maraqlı səbəblər var. Çünki hər yerdə təhsilin keyfiyyəti eyni deyil və insanlar da bu səbəbdən daha yaxşı təhsil almaq istəyirlər, daha yaxşı məktəblər seçməyə çalışırlar. Bu da gətirib ona çıxarır ki, hərəkətlilik, intensivlik artır. O baxımdan, mənim fikrimcə, bu məsələlərə son dərəcədə diqqətlə yanaşmaq lazımdır ki, biz bu problemi necə həll edə, bu vəziyyətdən necə çıxa bilərik. Ümumiyyətlə, bunun həlli yolu varmı? Məncə var, çünki TƏBİB belə bir kreativ addım atıb. Ardınca digər qurumların da belə addımlar atması yaxşı olardı”,- deyə o əlavə edib.

Qeyd edək ki, TƏBİB tərəfindən icrasına başlanılan işçilərin məmnunluq səviyyəsinin artırılmasına və iş effektivliyinin yüksəldilməsinə hədəflənən “Evimə yaxın iş” layihəsi çərçivəsində Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində (Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələri) çalışan tibb və qeyri-tibb işçilərinin faktiki yaşayış ünvanlarına daha yaxın ərazilərdə olan tibb müəssisələrinə iş yerinin dəyişdirilməsi imkanı verilir.

Layihənin ilkin mərhələsində Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən bütün tabeli tibb müəssisələrinə işçilərin qeydiyyatdan keçmələri üçün onlayn anket forması təqdim olunub.(trend.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Fevral 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see197

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see174

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see160

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see130

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see122

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see120

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see119

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri