Icma.az
close
up
RU
Ölkə kuboku tarixində ilk: “Qarabağ” “Turan Tovuz” finalına doğru!

Ölkə kuboku tarixində ilk: “Qarabağ” “Turan Tovuz” finalına doğru!

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Beləliklə, bu gün keçirilən üç oyunla Bizon ölkə kubokunda 1/8 final mərhələsi arxada qaldı. 1/4 finala adlayan son üç komanda “Qəbələ”, “Sumqayıt” və “Kəpəz” oldu. 1/4 final mərhələsinin cütləri də bəllidi:
Şamaxı – Qarabağ
Sabah – Qəbələ
Turan Tovuz – Kəpəz
Sumqayıt – Zirə
Növbəti mərhələdə komandalar həm evdə, həm də səfərdə qarşılaşacaq. Elə bu sxem əsasında yola çıxıb, nəinki yarımfinal cütləri, hətta finalda hansı komandaların bir-biri ilə qarşılaşacağını da proqnozlaşdırmaq olar. Qeyri-adi nəsə baş verməsə, “Qarabağ” “Şamaxı”nı, “Sabah” “Qəbələ”ni keçəcək. Deməli, turnir torunun solundan “Qarabağ” – “Sabah” yarımfinalı çıxacaq. “Bayquşlar”ın kubokun son finalında acımadan, əzazilcəsinə ağdamlıları məğlub etdiyini nəzərə alsaq, onların və Qurban Qurbanovun əvəz çıxmaqdab başqa yolu yoxdu. Qurban bəy dostu-qardaşı Rəşad Sadıqova güzəşt etməyən adamdı, “Sabah”dan acıq çıxmayacaq?! Beləliklə, mayın 13-də keçiriləcək finala xoş gəldin, “Qarabağ”!
Keçək turnir torunun sağına. “Turan Tovuz” – “Kəpəz” cütündə hər şey aydındı. Komandalar arasında aşkar səviyyə fərqi var və qışda həmin fərqin aradan qalxacağı ilə bağlı heç bir əlamət yoxdu. Digər cütdə nəyisə proqnozlaşdırmaq çətindi. Bununla belə, “Sumqayıt” – “Zirə” mübarizəsində yenə də “qartallar”dan yanayam. “Neftçi”ni mübarizədən kənarlaşdıran Rəşad Sadıqovun bu mərhələdə büdrəmək lüksü yoxdu. Hə, yarımfinalda Kurban Berdıyevi büdrətməsi çətin məsələdi. Çox güman, yarımfinal oyunlarının keçiriləcəyi aprelə qədər həm “Turan Tovuz”, həm də “Zirə” avrokuboklara vəsiqəyə iddialılar sırasında olacaq. Həmin vaxt kim kubok yoluna bel bağlayaqsa, o da qalib gələcək. Bax, bu məqamda mən “Turan Tovuz” deyirəm. Odu ki, mayın 13-də keçiriləcək finalda “Qarabağ”ın rəqibi kimi tovuzluları görürəm. Yəni “Turan Tovuz” tarixində ilk dəfə finalda oynaya bilər və bu çox real variantdı! Daha finalın qalibini də siz proqnozlaşdırın.
ORXAN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Dekabr 2025 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri