“Evimizə, maşınımıza qədər satdıq” Firuzə İbadovanın qızı danışdı
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Firuzə İbadovanın qızı Hülya anasının səhhəti ilə bağlı paylaşımından sonra ailəyə ünvanlanan iradları cavablandırıb.
“Yeni Sabah” xəbər verir ki, o, “Astar” layihəsində anasının maddi vəziyyəti və ailənin çətinliklərini nəzərə alaraq qınağın haqsız olduğunu bildirib:
“Bu dəqiqə təkəm. Anamın həm oğlu, həm qızıyam. Adi zəng gələndə, yazanda deyirəm ki, dua edin, buna ehtiyacım var. Artıq-əskik yazıb bizi yaralamayın. Olmaz, etməyin. Haqqımıza girməyin. Məgər qapınızı döyüb nəsə istəyirik?! Nə vaxt kimdənsə nəsə istəmişik? Dördpendirli pizza
Firuzə xanım kimi təmkinli deyiləm, çox aqressivəm. Kiməsə demirik ki, ev ver, onu et. Sənət dostları gəlir, onlara belə qıymıram. Anamın aldığı qonorarın nə qədər az olduğunu bilirsiniz?! Anam həmin pulla dolanıb”.
Hülya anasının 2010-cu ildə xəstələndiyi vaxt ailənin müalicə xərclərini ödəmə üçün evlərini, avtomobilini və zinət əşyalarını satdığını söyləyib.
Onun sözlərinə görə, Firuzə İbadovanın sağalması üçün bütün imkanlarını səfərbər ediblər və əllərində heç nə qalmayıb.
Müğənninin qızı pandemiya dövründə aldınan evin kreditini ödəyə bilmədikləri üçün satdıqlarını etiraf edib. Satışdan qazanılan pulla daha kiçik ev alınıb, lakin maddi çətinlik ucbatından o da satılıb.
Hülya anasının heç vaxt böyük məbləğ qazanmadığını vurğulayaraq, hətta geyimlərinin pulunu belə bəzən aylar sonra ödədiyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 28 Oktyabr 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















