Icma.az
close
up
RU
Evindən 350 min oğurlanan məmur bu Nazirliyin vəzifəli şəxsi imiş

Evindən 350 min oğurlanan məmur bu Nazirliyin vəzifəli şəxsi imiş

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Binəqədi rayonu ərazisində mənzillərdən birindən içində 340 min manat olan seyf oğurlanıb.

Polis tərəfindən həyata keçirilən tədbirlərlə oğurluğun 1986-cı il təvəllüdlü Ş.Hüseynova və onun əmisi oğlu 1991-ci il təvəllüdlü Q.Hüseynov tərəfindən törədilməsi müəyyən edilib. Onların barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə açılmış işin ibtidai istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə məlum olub ki, ev sahibi E.Müseyibov nazirliklərdən birinin vəzifəli şəxsidir. Oğurluğa görə tutulmuş qadın isə ev sahibinin oğlunun sevgilisi olub.

Belə ki, ailəli şəxs məmurun oğlu ilə 2021-ci ildən sevgili olub. Onlar əsasən E.Müseyibovun oğlunun istəyi ilə evdə görüşüblər və bu zaman Ş.Hüseynova seyfin yerini öyrənib. O, qeyri-qanuni yolla sevgilisinin atasının evinin açarını əldə edərək nüsxəsini çıxartdırıb və evdə kimsənin olmadığı vaxt oğurluq cinayətini törədib. Daha sonra seyf Bakıdan Şəmkirə aparılaraq açılıb. Həmin pulun bir hissəsi ilə özünə bahalı avtomobil alıb.

Qadın məhkəmədə bildirib ki, seyfi ona sevgilisi özü verib və pulları hədiyyə edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr tarixli hökmü ilə Ş.Hüseynovaya və əmisi oğluna 5 il həbs cəzası verilib. Qeyd edək ki, xəbəri "qafqazinfo" saytı yayıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, evindən 340 min manat oğurlanan şəxs Elm və Təhsil Nazirliyinin vəzifəli şəxsi olub. 

E.Müseyibov məhkəmədə verdiyi ifadəsində bildirib ki, o may ayında əməliyyat olunub. Əməliyyat olunduğu gün ailə üzvləri ilə birlikdə xəstəxanada olub, əməliyyat xərclərini ödəmək üçün seyfdən pul götürülüb. Seyf onların yataq otağında saxlanılırmış və onun yerini yalnız özü ilə həyat yoldaşı bilirmiş. Seyfin hündürlüyü təxminən 40-50 sm, çəkisi isə 15 kq-a yaxın olub, bir nəfərin təkbaşına götürməsi çətin idi.

Seyfin yalnız bir ədəd açarı olub və bu açar həyat yoldaşında saxlanılırmış. Zərərçəkmiş deyib ki, ailə hər ay qazancından müəyyən məbləği seyfə qoyurmuş, oğulları isə seyfin yerini bilməyiblər. O, oğurluğun məhz mayın 11-də baş verdiyini ehtimal edir, çünki həmin günədək seyf yerində olub.

Elnur Əmirov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Oktyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri