Icma.az
close
up
RU
Evinə duş qoydu, hökumət sökdürdü: Berlində qəribə qadağa

Evinə duş qoydu, hökumət sökdürdü: Berlində qəribə qadağa

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Berlində yerli hakimiyyət orqanlarının özəl mənzildə quraşdırılmış duş kabinəsinin sökülməsi barədə qərarı müzakirələrə səbəb olub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Berlinin Kreuzberg rayonunda, sosial mənzillərin qorunması üçün xüsusi hüquqi rejimin tətbiq edildiyi ərazidə baş verib.

Bu rejimə əsasən, rəsmilər mənzilin kirayə qiymətinin artmasına səbəb ola biləcək bahalı təmir və əlavə rahatlıqların yaradılmasına məhdudiyyət qoya bilirlər.

Sözügedən mənzildə 43 yaşlı Kasper İ. təxminən 10 ildir yaşayır. Mənzildə yalnız qısaldılmış vanna olduğundan sakin burada nə rahat şəkildə uzana, nə də normal duş qəbul edə bilib. Buna görə mənzil sahibi ayrıca duş kabinəsi quraşdırıb.

Problem isə mənzil sahibi sonradan edilən dəyişiklikləri rəsmiləşdirmək istədikdə ortaya çıxıb. Rayon administrasiyası duş kabinəsinin sökülməsini tələb edib. Rəsmilər bildiriblər ki, bu cür yeniliklər mənzilin komfort səviyyəsini və nəticədə kirayə haqqını artıra bilər.

Qaydalar həmin ərazilərdə yalnız duş kabinəsinə aid deyil. Kamin, döşəməaltı isitmə sistemi, əlavə vanna otağı və ya duşun yaradılması, eləcə də bir neçə kiçik mənzilin birləşdirilərək böyük mənzilə çevrilməsi də xüsusi icazə tələb edə bilər. Yaşayış sahəsinin kommersiya məqsədli obyektə çevrilməsi də icazəsiz mümkün deyil.

Kasperin yaşadığı mənzildə duş kabinəsi vaxtında icazə alınmadan quraşdırıldığı üçün rəsmilər illər sonra bundan xəbər tutduqda onun sökülməsi barədə göstəriş veriblər.

Sakin əvvəlcə aldığı məktubun səhv və ya zarafat olduğunu düşünüb. O, qərardan şikayət etməyə çalışaraq rəsmilərə mövcud rahatlıqları sökdürmək əvəzinə daha çox mənzil tikintisinə diqqət yetirməyi təklif edib. Lakin rayon rəhbərliyini fikrindən daşındırmaq mümkün olmayıb.

Nəticədə duş kabinəsi xüsusi şirkət tərəfindən sökülüb. İşlərin təxminən altı gün davam etdiyi, xərclərin isə mənzil sahibinin üzərinə qoyulduğu bildirilir.

Kasper qərarı absurd adlandırıb və səhər harada, necə duş qəbul etməsinə rayon administrasiyasının qərar verməməli olduğunu bildirib.

Maraqlıdır ki, duş kabinəsinin sökülməsindən sonra kirayə haqqı azalmayıb. Sakin kommunal xərclər daxil olmaqla mənzil üçün əvvəlki kimi ayda 970 avro ödəməyə davam edir.

Beləliklə, kirayəçi ayrıca duş kabinəsindən məhrum olsa da, bunun müqabilində kirayə haqqına heç bir güzəşt edilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 Avqust 2026 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri