Icma.az
close
up
RU
Evini qızdırmaq üçün ağacları kəsdi, əvəzində özünə 5 il cəza kəsildi

Evini qızdırmaq üçün ağacları kəsdi, əvəzində özünə 5 il cəza kəsildi

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Balakən rayon Xalatala kənd sakini Ramil Seriyev qışda evini qızdırmaq məqsədilə sobada yandırmaq üçün kəsdiyi ağaclara görə cinayət məsuliyyətinə cəlb olunub. O, Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cəzalandırılıb.

Bizimyol.info xəbər verir ki, 1989-cu il təvəllüdlü Ramil yaşadığı kənddə həm öz ailəsinə, həm də qonşulara və bələdiyyəyə məxsus torpaq sahəsində ümumilikdə 90 ağacı kəsməkdə ittiham olunur. İttihama əsasən, həmin ağacların 86 ədədi qızılağac, 2-si çinar, 2-si isə qovaq ağacları olub. O, bildirib ki, özünə və ailə üzvlərinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafı hasarlanmadığına görə ağaclar kəsilən hissənin hamısının özlərinə aid olduğunu zənn edib:

“Bizə aid torpaq sahəsindəki ağaclar əsasən qızılağaclardır. Başqa ağaclar da var. Qışda sobada yandırmaq üçün oduna ehtiyacımız var. Buna görə özümüzə məxsus torpaq sahəsindəki ağacları kəsmək qərarına gəldim. Həm də həmin ərazini təmizləmək istəyirdim. Bir neçə gün ərzində ağacları motorlu mişarla kəsdim. Bizim torpaqla başqalarının ərazisini ayıran hansısa hasar, nişan yoxdur. Amma təxmini sərhədləri bilirəm. Ona görə kəsdim. Heç bilməzdim ki, başqasının ərazisinə girmişəm. Kəsdiyim ağacları sobada yandırmışam”.

Ramil növbəti gün torpaq sahəsində olanda polislər gəlib. Ondan ağacları kəsmək üçün icazəsi olub-olmadığını soruşublar. O, bildirib ki, öz mülkiyyətlərində olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsidir. Buna görə də hər hansı bir qurumdan icazə almayıb. Bir müddət sonra polis əməkdaşları ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli idarəsinin əməkdaşları da gəlib.

Bələdiyyə öz ərazisində kəsilən ağaclara görə şikayətçi olsa da, qonşular şikayətçi olmayıb. Onlar bildirib ki, Ramil bilmədən onların ərazisindəki ağacları kəsib. Bu səbəbdən də ona qarşı şikayət və tələbləri yoxdur.

Balakən sakini 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinə ümumilikdə 20 min 300 manat maddi ziyan vurmaqda ittiham olunub.

Ramil məhkəmədə bildirib ki, vurulmuş zərəri hissə-hissə ödəyəcək. Ona yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmə də ona 5 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Bu müddətdə o, elektron qolbaqla gəzməli, gecə saat 22.00-dan səhər saat 07.00-a qədər yaşadığı evi tərk etməməlidir.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Avqust 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri