Icma.az
close
up
RU
Evlənmək istəyən cütlüklər narkotik testindən keçəcək? MÜSAHİBƏ

Evlənmək istəyən cütlüklər narkotik testindən keçəcək? MÜSAHİBƏ

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Millət vəkili Vüqar İsgəndərov: “Düşünürəm ki, bunu yeni qanun kimi gələcəkdə tətbiq etmək olar”

“…Bizdə bu qanun var, sadəcə, ona əlavə olaraq bu testin də daxil edilməsi gələcəkdə qanun kimi qəbul edilə bilər”

Son günlər mətbuatda və sosial şəbəkələrdə müzakirə olunan əsasmövzulardan biri evlənən cütlklərin narkotik testi arayışından keçməsi ilə bağlı təkliflərdir. Əslində, bu, heç də səbəbsiz yerə ortaya çıxmayıb. Söhbət ondan gedir ki, artıq sözügedən məsələ Türkiyədə rəsmi qurumların gündəmindədir və tezliklə Böyük Millət Məclisində təsdiq olunacağı gözlənilir. Hətta ortada rəsmi qərar olmasa belə, qardaş ölkədə artıq bu istiqamətdə ailələr tərəfindən praktiki addımlar da atılır. Belə ki, qızlara elçi gedən oğlan evindən, bəy namizəddən narkotik testinin nəticəsi tələb olunur.

Ədalət naminə deyək ki, hazırkı həyatın aktuallaşdırdığı şərait bu tələbləri gündəmə gətirir və bu addımlar bir növ sonradan peşmanlığın qarşısını alan zəmanət rolunu yerinə yetirir. Bu halda, bizim ölkədə də evlillik öncəsi cütlüklərin narkoloji testdən keçirilməsinə ehtiyac varmı? Bu mövzunu millət vəkili Vüqar İsgəndərovla müzakirə etdik.

- Vüqar müəllim, qardaş Türkiyədə elçilik mərasimlərində yeni tələb - narkotik testi gündəmə gəlib. Bu, Azərbaycanda da müzakirə mövzusuna çevrilib. Bilirsiniz ki, bizim ölkəmizdə evlənməyə hazırlaşan cütlüklər tibbi yoxlamadan keçir və onlardan sağlamlıq arayışı tələb olunur. Necə düşünürsünüz, evlilik qərarı verən cütlüklərə narkotik testi tələbi də qanunda əksini tapmalıdırmı?

- Əvvəla, ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi üçün hər dövlətdə olmayan mərkəzi icra hakimiyyəti var, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi mövcuddur. Bu Ulu Öndərin dövründə yaradılmış mərkəzi icra hakimiyyətidir. Bu, elə özlüyündə dövlətin bu sahəyə xüsusi diqqətinin, qayğısının olduğuna bariz nümunədir. Və ailə institutunun möhkəmləndirilməsi məsələsi ilə bağlı parlamentdə çox vacib qanunların qəbul olunmasını da təmin edib. Yəni burada bir çox məsələlər var ki, bunlar hal-hazırda qanun kimi ölkəmizdə işləyir. Bu sahədə qarşıya çıxan problemlərin həlli yollarında müstəsna rol oynayır.

Amma, təbii ki, qanunlar zamanla dəyişə bilir. Çünki yeni tələblər, yeni çağırışlar var. Biz elə bir dövrdə yaşayırıq ki, demək olar, dünya inteqrasiya formatında da yeni formasiya keçidi olunur, məlumatlı olma, məlumatı alma, ötürmə, istehsal etmə hətta dəqiqələr ərzində baş verir. Sürətli inkişaf edən dünyada bu inkişaf özü ilə problemlər də gətirir. Problemlər gənclərə özünü bütün sahələrdə göstərir. Gənclərə göstərməklə bərabər, ailə quranlar gənclər olduğu üçün, bu, ailə institutuna da özünün mənfi təsirini göstərməkdədir.

Bununla bağlı son illərdə qəbul olunmuş qanunlarımız var. Bizdə ailə qurmağın müddəti 18 yaşdır. Amma həmin yaşda istisna məsələsi var idi ki, bu, yeni qanun olaraq artıq ləğv olundu və konkret vaxt 18 yaş olaraq göstərildi, istisna müddəti ləğv edildi.

Qohum nigahları ilə bağlı məsələ də öz həllini tapdı və artıq qanun kimi işləməyə başlayıb. Və digər köhnə, arxaikləşmiş  - qız qaçırma və s. bir neçə arzuolunmayan məsələlər var ki, bununla bağlı hal-hazırda müvafiq orqanlar məşğuldur. Qanun işləyir.

“Təəssüflər olsun, narkotik asılısı olan gənclərin sayı bir qədər çoxdur”

Amma hal-hazırda dünyanı bir bəla kimi bürüyən narkotik asılılığıdır ki, təəssüflər olsun, gənclərin sayı burada bir qədər çoxdur. Bu sferada gənclər mənfi mənada “liderlik edir”. Daha çox gənclik dövründən, yeniyetməlik dövründən bu bəlaya düçar olanlar çətinliklə sağalma proseslərindən keçirlər. Qonşu, qardaş Türkiyədə ailə qurmadan öncə tibbi müayinədən keçmə qanunu bizdə də var. Orada yeni əlavələr olunur, psixoloji testdən keçirilmə, lazım olarsa şəxsə psixoloji dəstəyin verilməsi, təbii ki, yeni çağırışlardan irəli gələn məsələlərdir. Digər məsələ kimi dövlətin psixoloji duruma dəstək verməsini qeyd etdik. Daha bir məsələ narkotik testinin buraya əlavə olunmasıdır ki, bu da zamanın tələbləri ilə bağlı meydana çıxan məsələdir. Düşünürəm ki, bunu yeni qanun kimi gələcəkdə tətbiq etmək olar. Yəni bizdə bu qanun var, sadəcə, ona əlavə olaraq bu testin də daxil edilməsi gələcəkdə qanun kimi qəbul edilə bilər.

Yenə təkrar edirəm ki, qanunlar dövrə, zamana uyğunlaşır. Yeni tələblər, yeni çağırışlar yeni qanunların yaranmasını diqtə edir. Hesab edirəm ki, bu məsələdə gələcəkdə tibbi sağlamlıqla bağlı analizlər veriləndə oraya narkotik asılılığı, yaxud qəbul edilməsi ilə bağlı məsələnin əlavə olunması vacib olacaq. Digər məsələ də Türkiyədəki kimi elçilik zamanı insanların bu testi təqdim etməsidir ki, bunlar da texniki məsələlərdir. Bu da ümumi qanunda bu və ya digər formada öz əksini tapa bilər. Bu, daha böyük qanunun yanında texniki məsələ kimi qəbul oluna bilər.

“Müalicə olunan və həbsdə olan insanların sonradan cəmiyyətə reabilitasiya olunması dövlətin qarşısında duran ən önəmli məsələlərdən biridir”

- Vüqar müəllim, gənclər arasında narkotik asılılığının artmasına diqqət çəkdiniz. Reabilitasiya mərkəzlərinin rəhbərləri müalicə aldıqdan sonra sağalan şəxslərin məşğulluq məsələsinin həll edilməsinin gərəkdiyini qeyd edirlər ki, narkotiklərə geri qayıdış olmasın. Sizcə, özəl reabilitasiyalar ölkənin səhiyyə qurumları tərəfindən nəzarətə götürülərsə, yaxud Səhiyyə Nazirliyi tərəfindən koordinasiya olunarsa, psixoloji reabilitasiyadan sonra, Səhiyyə Nazirliyinin müəyyən qurumunun sağlamlığına zəmanət verdiyi sənədlə Məşğulluq Agentliyinin birgə əməkdaşlığı ilə sağalmış şəxslərin işlə təminatı bir mexanizm kimi işə salına bilərmi? Prosesi sistemli olaraq necə yoluna qoymaq olar?

- Qeyd etməliyik ki, dövlətin narkotik asılılığı olan insanların müalicəsi, reabilitasiyası ilə yanaşı, ölkəmizdə hal-hazırda özəl qurumlar da mövcuddur. Onların içərisində peşəkar və qeyri-peşəkar işləyənlər də ola bilər. Amma əsasən bir neçə tanıdığımız mərkəzlər var ki, mən onların mərkəzində olmuşam, müşahidə aparmışam, bir gün ərzində orada onlarla birgə tədbir keçirmişik. Və orada həqiqətən də çox uğurlu nəticələr mövcuddur. Təbii olaraq, bu sahə ilə bağlı dövlət müvafiq orqanlarla fəaliyyət göstərir. Bu bəladan müalicə olunan və yaxud da həbsdə olan insanların sonradan cəmiyyətə reabilitasiya olunması, onların cəmiyyətə qovuşması, şübhəsiz, dövlətin qarşısında duran ən önəmli məsələlərdən biridir ki, onlar yenidən həmin bəlaya qurşanmasınlar.

Burada çox vacib məsələ əmək bazarında həmin insanların yer tapmasıdır, onların məşğulluğudur ki, bunun da vacib məsələ olduğunu hesab edirik. Burada yalnız dövlət yox, vətəndaş cəmiyyəti olaraq, QHT-lər, icmalar olaraq hər birimiz koordinasiyalı şəkildə dövlətin bu fəaliyyətinə dəstək verməliyik. Düşünürəm ki, bu sahədə özəl çalışan dediyimiz təşkilatlar, təbii, Səhiyyə Nazirliyi ilə birgə koordinasiyalı şəkildə fəaliyyət göstərməlidirlər. Çünki, əvvəla, onların müalicə və digər prosedurlarının dövlətin proqramları ilə işlənməsi daha düzgün ola bilər. Və sonradan onların qeydiyyatının aparılması, neçə nəfərin orada müalicə alması, sonradan müayinə olunması, sağalıbsa neçə nəfərin həmin müəssisədən cəmiyyətə qazandırılması, onların sonrakı taleyi, qeyd olunduğu kimi əmək bazarında yer tutmaları, işləmələri, ümumi olaraq aillələrinə və cəmiyyətə qovuşmaları məsələsi də prioritet kimi qarşıda duran məsələdir. Hesab edirəm ki, dövlət orqanları ilə QHT-lər, vətəndaş cəmiyyətləri olsun, özəl sağlıq müəssisələri olsun, hər biri koordinasiyalı formada işləməlidirlər ki, nəticə daha uğurlu olsun.

Sonra, gələcəkdə bunun üçün müzakirələrin aparılması, hər hansı bir dəyirmi masanın keçirilməsi, ictimai dinləmələrin keçirilməsi ehtiyacı da yaranır. Düşünürəm ki, birgə müzakirə ilə dövlət-özəl sektorların birlikdə fəaliyyəti ilə qarşıya çıxan məsələləri uğurla həll etmək olar.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Yanvar 2026 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see269

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see255

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see253

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see251

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see250

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see250

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see249

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see248

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see228

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see226

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see225

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see223

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see222

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see220

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see215

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see209

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see208

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see202

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see200

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri