Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

3 aylıq olanda nə baş veribsə xatırlayır

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

Ceyranbatanda toyda dava Biri komadadır

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Evlərə kupça veriləcək: Əfv gəlir

Evlərə kupça veriləcək: Əfv gəlir

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 79 921 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydiyyata alıb. 

Dövlət Xidməti xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,75 % azdır. 3 ay ərzində qeydiyyata alınmış mülkiyyət hüququnun 14 256-sı və yaxud 17,8 %-i ilkin, 65 665-i və yaxud 82,2 %-i isə təkrar qeydiyyatın payına düşüb. 

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 17 029, mənzil üzərində 19 063, torpaq sahəsi üzərində 40 894, qeyri-yaşayış binası üzərində 753, qeyri-yaşayış sahəsi üzərində 2 029, əmlak kompleksi üzərində 125 və çoxmərtəbəli yaşayış binaları üzərində 28 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Yeni mülkiyyət hüquqlarının 20 540-ı Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb.

Qeyd edək ki, hazırda ölkədə, o cümlədən paytaxtda sənədsiz evlərin sayı kifayət qədərdir. Bir neçə il öncə tikilən həmin evlərin bir qisminə müvafiq qurumlardan sənəd alınmasına, kommunal xətlərdən yararlanmasına baxmayaraq, hələ də sakinlər evlərinə "kupça" ala bilmirlər. 

Son illər həmin evlərin çıxarışla təmin ediləcəyi bildirilsə də, bu proses hələ reallaşmır. Hazırda isə bu istiqamətdə statistik rəqəmlərdə, əksinə, azalma müşahidə edilir. Niyə vətəndaşlar öz daşınmaz əmlakına çıxarış ala bilmir? 

Məsələ ilə bağlı daşınmaz əmlak eksperti  Anar Nəsirov "Cebheinfo.az"-a bildirib ki, müvafiq fərmanla 2000-ci ilə qədər tikilmiş və sənədi olan evlərə çıxarışın verilməsi bir qədər asanlaşdı və bu nöqteyi-nəzərdən 2025-ci ildə çıxarış üçün müraciət edənlərin sayında artım oldu: 

"2026-cı ildə azalmanın səbəbinə gəldikdə isə çıxarış üçün uyğun sənədlər az olduğu üçün  bu, müraciət edənlərin sayında  özünü göstərib. Əgər qaydalar yumşaldılmasa və yaxud çıxarışın verilməsi ilə bağlı hər hansı bir əfv olmazsa, çıxarış üçün nüraciət edənlərin sayında yenə də azalma müşahidə ediləcək. 

Çünki Azərbaycanda, xüsusilə də Bakı və Bakıətrafı qəsəbələrdə 500 mindən çox sənədsiz ev var. Bu sənədsiz evlərin də çox hissəsi bələdiyyə və icra hakimiyyətləri tərəfindən verilmiş torpaqlar üzərində tikilmiş evlər hesab edilir. 

Onu da qeyd edim ki, 2007-ci ilə qədər bələdiyyələrin burada rolu olsa da, həmin ildən sonra da onlar torpaq sahələri ayırmaqda davam ediblər. 2007-ci ildən sonrakı illərdə isə torpaq hərrac yolu ilə çıxarışlı şəkildə vətəndaşa satılmalıdır. 

Buna baxmayaraq, bələdiyyələr buna riayət etməyib və həmin dövrdən sonra da bələdiyyə sənədləri verməkdə davam edib. Digər tərəfdən isə bəzi yerlərdə heç bir sənədi olmadan ancaq kommunal xəttlər çəkilməklə evlər tikilib. 

Bunların da heç bir sənədi olmadığı üçün çıxarışa uyğun hesab edilmir. Yəni çıxarış üçün hüquqi zəmin yaratmır. Kimin çıxarışa uyğun sənədi var idisə, onlar artıq alıblar". 

Ekspertin sözlərinə görə, hazırkı 500 min ev ya bələdiyyə sənədli, ya da tam sənədi olmayan evlərdir: 

"Gözlənilir ki, bu ilin sonuna və yaxud gələn ilin əvvəlinə bu evlər hər hansı fərmanla əfv edilsin və onların çıxarışla təmin edilməsi üçün xüsusi mexanizm hazırlansın. 

Həmin 500 min evin də hamısı çıxarışa yararlı deyil. Burada da xüsusi meyarlar var. Qadağan olunmuş ərazilərdə, dəmir yolu xətlərinin mühafizə zolağında, zəlzələ, sürüşmə, neft kəmərlərinin kənarında və s. tikilməyən evlər çıxarışla təmin ediləcək. 

Ancaq qadağan olunmuş ərazilərdə tikilmiş evlərin taleyi ilə bağlı məlumat yoxdur. Digər tərəfdən isə torpağın kateqoriya məsələsi var. Yəni müvafiq qərarla indi bu kateqoriyalar dəyişdirilə bilir. 

Bu evlərin bir qismi əkin sahələrində verilmiş torpaqlar və yaxud otlaq, kənd təsərrüfatı kimi kateqoriyalarda tikilmiş evlərdir. Əgər həmin ərazi əkin üçün yararsız hesab edilərsə və yaxud orada məskunlaşma çox olarsa, orada vətəndaşa güzəşt edilərək həmin evin tikildiyi yerin kateqoriyası dəyişdirilərək yaşayış məntəqəsi, torpaqları hesab ediləcək, çıxarışla təmin ediləcək. 

Kolxoz, sovxoz dövründə  onlara aid olan torpaq sahələrində vətəndaşlar ev tikdikləri üçün bu torpaqlardan bir qismi otlaq, əkin sahələri kimi kateqoryalarda olduğu üçün indiyədək özəlləşdirmək üçün hüquqi baza yox idi. 

Ancaq indi müvafiq qərarla yerində baxış keçiriləcək, kateqoriyası dəyişdirilərək, çıxarış veriləcək. Yəni 2026-cı ildə çıxarış alanların sayının azlığı ondan qaynaqlanır ki, çıxarışa yararlı sənəd demək olar ki, qalmayıb. Qalan torpaqlar çıxarışa yararsızdır".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: kupça Anar Nəsirov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Aprel 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see994

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see576

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see323

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see304

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see302

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see299

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see295

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see254

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see228

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see180

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see172

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see169

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri