Icma.az
close
up
RU
Evləri söküləcək bu şəxslərə hər m² ə görə 4 min manat kompensasiya verilə bilər

Evləri söküləcək bu şəxslərə hər m² ə görə 4 min manat kompensasiya verilə bilər

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda yaxın aylarda genişmiqyaslı söküntü işlərinə başlanacağı gözlənilir. Şəhərin bir sıra köhnə və qəzalı tikililərinin yerində yeni yaşayış komplekslərinin inşası planlaşdırılır.

BAKU.WS-in məlumatına görə, bu səbəbdən, xüsusilə kvadratı az olan evlər üçün kompensasiya və ya satış qiymətlərinin yenidən müəyyənləşdirilməsi gündəmdədir.

Bazar dəyərinə yaxın qiymətlərin qorunması, vətəndaşların ədalətli şəkildə razı salınması baxımından vacibdir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı BAKU.WS-ə bildirib ki, bütün hallarda həm vətəndaşlar, həm də tikinti şirkətləri  bu prosesdə qarşılıqlı hörmətlə razılaşmaya getməlidir:

"Bu çox həssas bir məsələdir. Qanunla mülkiyyətçinin öz əmlakını satmamaq hüququ var və bunu heç kim poza bilməz. Amma mövcud şəhərsalma qaydaları, yeni qanunvericilik aktları da var. Bu proses həyata keçirməlidir, şəhərsalmanın qabağını almaq da olmaz. Bakının mərkəzində birmərtəbəli kommunal şəraiti ötən əsrin tələblərinə uyğun olan, minimum yaşayış şərtlərinə cavab verməyən, istismar müddətini çoxdan başa vuran və qəzalı vəziyyətdə olan tikililərin qalması düzgün yanaşma deyil. 

Nazirlər Kabineti qiymət tənzimləyən qurum deyil. Nazirlər Kabineti bu məsələdə hələ ki, nəyəsə müdaxilə edə bilmir. Bəzən tikinti şirkətləri bu arqumenti vətəndaş qarşısında vəziyyətdən çıxmaq üçün qeyri-qanuni formada istifadə edir. Bu da doğru yanaşma deyil. Misal üçün tikinti şirkəti deyir ki, Nazirlər Kabineti 2 min AZN vəd edib. Lakin vətəndaşlar bilməlidir ki, belə bir şey yoxdur. Nazirlər Kabineti rəqəm müəyyən etmir". 

Ekspert əlavə edib ki, əgər hər hansı tikili dövlət tərəfindən sökülürsə, müvafiq zərurətdən meydana gələrək fərman, sərəncam və digər müvafiq normativ hüquqi aktların icrası çərçivəsində satınalma yolu ilə prosesə qiymətləndirici cəlb edilir:

"Qiymətləndirici həmin əmlakı qiymətləndirir və o da mövcud praktikaya və qanunvericiliyə uyğun olaraq əlavə 15-30 faiz kompensasiya ödəyir, vətəndaş əmlakını tərk edir. Bəzən elə olur ki, vətəndaşa məxsus tikilinin sahəsi həddən artıq az olur. Bu sahələrə görə ödənilən kompensasiya vətəndaşa mənzil sahibi olmaq imkanı vermir. Bununla bağlı hesab edirəm ki, tikinti şirkətləri bir qədər insaflı, ədalətli davranmalıdır. Amma bunu da etiraf etməliyik ki, bir çox hallarda tikinti şirkətləri də çox çətin durumda qalırlar. Bu da vətəndaşların həddən artıq kompensasiya tələb etməsi ilə əlaqədar olur. 

Təbii ki, heç kim öz evindən pulsuz çıxmayacaq. Bu zaman vətəndaşlara söküləcək evlərinin yerində inşa olunacaq binalardan mənzillər təklif olunur. Həmin ərazidəki mənzil sahibləri müvəqqəti olaraq 3 ilə qədər kirayə evlərə köçürülür. Onlara kirayə haqqı da ödənilir. Vətəndaşın evi 50 kvadrat olursa, ona əlavə 20 kvadrat artıq mənzillər təklif olunur. 

Bütün hallarda həm vətəndaşlar, həm də tikinti şirkətləri  bu prosesdə qarşılıqlı hörmətlə razılaşmaya getməlidir. Tikinti şirkəti vətəndaşı da başa düşməlidir. Kvadratı az olan vətəndaşlara verilən kompensasiyanın məbləği 4 mn AZN olmalıdır. Eyni zamanda kvadratı çox olan vətəndaşa isə differensiallaşma tətbiq edilsin, 2500 manat kompensasiya verilsin".

Orxan Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 May 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri