Icma.az
close
up
RU
Evli cütlükdən inanılmaz fırıldaq: 43 ildə 12 dəfə boşandılar

Evli cütlükdən inanılmaz fırıldaq: 43 ildə 12 dəfə boşandılar

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avstriyada cütlüyün fırıldaq üsulu sürprizə səbəb olub. Zəhmətsiz qazanc əldə etmək üçün plan quran cütlüyün hədəfi fərdlər deyil, ölkənin pensiya sistemi olub.

Bizimyol.info xəbər verir ki, son 43 ildə 12 dəfə evlənib boşanan cütlüyün hərəkətlərini araşdıran dövlət məmurları, son boşanma işində saxtakarlığı üzə çıxarıb.

Cütlüyün bu üsulla təqaüd sistemindən ümumilikdə 326 min avro qazandığı müəyyən edilib və barələrində ciddi dələduzluq ittihamı ilə istintaq başlayıb.

Ümumilikdə 13 dəfə evləndiyi iddia edilən qadının 1981-ci ildə birinci ərinin ölümündən sonra dövlətdən “dul qadın təqaüdü” almağa başladığı, daha sonra isə bir neçə il kiçik yaşda olan ikinci həyat yoldaşı ilə evləndiyi bildirilir. Altı il sonra, ərinin yük maşını sürücüsü işləməsi səbəbindən "düzəlməz şəkildə zədələnən" evliliklərini bitirdikləri və bu ayrılıq ilə hər yeni evliliyin təxminən üç il davam etdiyi bir evlilik-boşanma dövrü başladığı müəyyən edilib.

Müstəntiqlərə görə, cütlük əslində bütün proses boyunca birlikdə yaşamağa davam edib. Lakin onlar formal olaraq ayrılıb barışmaqla Avstriyanın pensiya sığorta sistemini aldadıblar. Qanuna görə, qadın hər boşandığı zaman dul pensiya almağa davam edib və evləndiyi hər yeni həyat yoldaşı üçün 27 min avro təzminat alıb. İllərdir bu üsulla pul qazanan cütlüyün ümumilikdə 326 min avro əldə etdiyi məlum olub.

Pensiya fondu ödəməkdən imtina etdikdə cütlük məhkəməyə müraciət edib, lakin Avstriya Ali Məhkəməsi mart ayında cütlüyün qanuni boşluqdan istifadə etməsinin ədalətsiz olduğuna qərar verib. Məhkəmədən sonra polis cütlük haqqında "ciddi dələduzluq"da ittiham edərək istintaqa başlayıb. Maraqlıdır ki, onların 12-ci boşanması səlahiyyətlilər tərəfindən tanınmadığı üçün cütlüyün hələ də rəsmi nikahlı hesab edildiyi öyrənilib.

Qadir, Bizimyol.info  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Dekabr 2024 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri