Icma.az
close
up
RU
Evlilik əsarət dirmi? Boşanmaq azadlıq dırmı? Balıq tutmağı öyrənməyən qadınlar liman da tək qalır...

Evlilik əsarət dirmi? Boşanmaq azadlıq dırmı? Balıq tutmağı öyrənməyən qadınlar liman da tək qalır...

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qadınlar boşanırlar ki, aliment alıb, bununla dolansınlar. Belə halları biz görürük. İnsanlara "balıq tutmağı" öyrətməliyik. Qadınları öyrətməliyik ki, onlar dilənçilik prinsipindən çıxsınlar”. Bu sözləri bir müddət əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Sədaqət Qəhrəmanova demişdi. Təəssüflə qeyd etməliyik ki, bu gün cəmiyyətimizdə evliliyə qazanc mənbəyi kimi baxan qadınlarımız da az deyil. Ailə həyatı qurur, bir neçə uşaq dünyaya gətirdikdən sonra boşanma üçün müraciət edib, aliment tələb edir və bununla da həm öz keçimlərini saxlayır, həm də “azadlıq”larına qovuşmuş olurlar.

Sədaqət Qəhrəmanova deyir ki, biz qadınları işə cəlb etməli və “balıq tutmağı” öyrətməliyik. Amma Sədaqət xanım unudur ki, bu məqsədlə ailə həyatı quran qadınların işləmək məqsədi olmur. İşə cəlb edilən qadınlar həqiqətən çarəsizlikdən boşanan qadınlardır. Evliliyə aliment, dolanışıq yeri kimi baxan qadınlara çarə yoxdur. Burada yeganə bir çıxış yolu var. O da kişilərin evləndikləri qadını yaxşı tanımağa çalışmalarıdır. Qadınları tanımaq o qədər asan məsələ deyil. Əvvəlcə mülayim, səmimi, sevirmiş kimi görünən qadın sonradan heç sevməyibmiş kimi davrana bilir. Bir uşaq dünyaya gətirdikdən sonra bu qadınların tələblərinin qarşısında tab gətirmək mümkün olmur. Evlənmək üçün tək səbəblərinin olduğunu-kişini sevdiyini deyən qadınların sonradan boşanmaq üçün onlarla səbəbi olur. Kiçik problemlər böyük mübahisələrə çevrilir, arada olan hörmət-sevgi ayaq altına atılır. Ailəsinin maddi tələbatını ödəyə bilmək üçün gecəsini gündüzünə qatan kişi bir gün laqeydliklə günahlandırılır, tərk edilir və üstəlik, aliment ödəmək məcburiyyətində də qalır.

Bəlkə çoxuna belə görünməyə bilər. Amma Azərbaycanda ailə modelinin təməli çoxdan sarsılıb. Acı reallıqdır ki, sovet dönəmində də ailə müqəddəs sayılırdı. Tərəflərin bir-birinə hörməti, sevgisi, şəfqəti var idi. Çünki o dövrlərdə insanların alternativləri bu gün olduğu qədər çox deyildi. Qadınlar daha gözəl görünmək üçün və alternativlərindən üstün ola bilmək üçün bu qədər plastik-estetik əməliyyatlara qaçmırdılar.

Bu gün hansısa boşanan qadın tək qalmayacağına əmindir. Əmindir ki, uşağının atası ona aliment verməyə məcburdur və əmindir ki, başqa bir kişi mütləq ona sahib çıxacaq. Belə olacağı təqdirdə hansı ailə modelindən danışa bilərik. Heç normal düşüncəli qadınlar da kişilərə qarşı tələbkar ola bilmir.

O gün bir video çarx çıxdı qarşıma. Deyir “biz ölkə olaraq sevməyi bacarmırıq. Məsələn, Amerikada 160 kq çəkisi olan bir qadının nişanlısı böyük həyəcanla onun bir qədər arıqlamasını və əməliyyat olunmasını gözləyir ki, sevdiyi qadına qovuşa bilsin. Bəs bizdə necə? O qadını elə halda sevməyi bacaran tapıla bilərmi?...

Bu gün Azərbaycanda da eyni vəziyyətdir. Qadınlarımız da, kişilərimiz də nə istədiklərini bilmirlər. “Sevirəm” sözü o qədər adiləşib ki, eşidəndə belə ikrah hissi keçirirsən...

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gənc kadrlara üstünlük verməlidir. Bəlkə gənc kadrlar, gənclərin həqiqətən nə istədiyini, ailə dedikdə nəyi nəzərdə tutduqlarını araşdıra bilər.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Fevral 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri