Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

“Evlilik və təklik: İnsan xoşbəxtliyinin əsl ölçüsü hansıdır?“ Elmi araşdırma

“Evlilik və təklik: İnsan xoşbəxtliyinin əsl ölçüsü hansıdır?“ Elmi araşdırma

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Sən bölüşmək istəyirsən, yoxsa nəfəs almaq üçün özünə yer axtarırsan?.."

İnsan varlığının paradoksu bundadır: bir tərəfimiz yanımızda nəfəs almağı paylaşacağımız birini axtarır, digər tərəfimiz isə öz sərhədlərimizi qorumağa, daxili azadlığımızı itirməməyə çalışır.

Moderator.az xəbər verir ki, bu barədə "moneytimes.ru" nəşri yazıb.

Nəşr yazır ki, ABŞ və Sinqapur alimlərinin evlilik və tək yaşamla bağlı apardığı geniş araşdırma bu ikiliyin həm bioloji, həm sosial, həm də emosional tərəflərini aydın şəkildə ortaya qoyur. Əldə olunan nəticə qısa olsa da, dərin məna daşıyır: evlilər ortalama olaraq özlərini daha sağlam və xoşbəxt hiss edir. Çünki paylaşılan həyat yüngülləşdirilmiş yük deməkdir. Stresi bölmək, məsuliyyəti paylaşmaq, sevinci ikiyə yox, ikiqat artırmaq… Bu, insan beyninin min illərlə öyrəşdiyi bir modeldir.

Niyə bəziləri evlilikdə boğulur, bəziləri təkliyin içində çiçəklənir?

Elm deyir ki, evlilik yalnız o zaman faydalıdır ki, orada təhlükəsizlik, hörmət və emosional dayaq olsun. Əgər münasibət tənqid, laqeydlik, psixoloji gərginlik üzərində qurulubsa, o evlilik tək yaşamaqdan qat-qat daha əzabvericidir. Eyni məntiqlə tək yaşamaq da iki cürdür: seçilməmiş tənha həyat boşluq və ümidsizlik yaradır. Şüurlu təkliq azadlıq və özünü tanıma imkanı verir. Bəziləri üçün səhər yeməyini kimsə ilə bölüşmək həyatın şirinliyidir, bəziləri üçünsə səhər qəhvəsini heç kimin səsini eşitmədən içmək ən böyük ləzzətdir.

Mədəni kodlarımız xoşbəxtliyimizi şəkilləndirir

Bu araşdırma həm də maraqlı bir fərqi ortaya qoyur: mədəniyyət xoşbəxtliyin hesablanmasında mühüm amildir. Amerikalılar üçün dəstək görmək xoşbəxtlik mənbəyidir, lakin ailə və qohum təzyiqi onları sıxır. Yaponlar isə psixoloji məsafə saxlamağı öyrənib - sosial gözləntilər onları sındırmır, çünki "öz aləmlərində yaşamağı" bacarırlar. Bu, bizim üçün də düşündürücüdür: ailə dəstəyi ilə ailə təzyiqi arasındakı sərhədi harada çəkirik?

Əslində xoşbəxtlik nədə gizlənir?

Bu sualın nə tam cavabı var, nə də universal düsturu. Ancaq bir reallıq var: xoşbəxtlik kiminlə yaşadığında yox, necə yaşamağındadır. Bəzən bir cümləlik anlaşılma illərlə davam edən evlilikdən daha çox güc verir. Bəzən bir telefon zəngi bütün təkliyin dərinliyini doldurur. Bəzən isə minlərlə insan içində insan özünü hər zamankindən daha yalnız hiss edir.

Bu araşdırma sadəcə statistik hesabat deyil - hər birimizin həyatına yön verə biləcək bir güzgüdür. Evlilik nə müqəddəs borcdur, nə də qaçılmalı yük. Tək yaşamaq nə la­nət, nə də avtomatik azadlıqdır. Əsas məsələ - seçdiyin yol səni sakitləşdirirsə, sən doğrunu tapmısan.

Əgər yanında biri varsa və o insan həyatını ağırlaşdırmırsa - qoruyub saxla. Əgər tək yaşayır və özünə kifayət edirsənsə, utanma, bu da xoşbəxtliyin bir formasıdır. Həyat bir sualdır: sən paylaşmaq istəyirsən, yoxsa nəfəs almaq üçün özünə yer axtarırsan? Bəlkə də doğru cavab hər ikisinə "bəli" deməkdir, sadəcə doğru zamanda və doğru insanla olmaq şərtilə.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Oktyabr 2025 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see567

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see416

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see388

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see321

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see307

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see283

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see259

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see258

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see253

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see237

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see237

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see232

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see231

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see225

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see204

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see204

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see193

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see191

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see189

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri