Icma.az
close
up
RU
Əvvəl ABŞ, indi də Avropa İttifaqı Qərbin dəstəyini itirən Ukrayna üçün QORXUNC SSENARİ

Əvvəl ABŞ, indi də Avropa İttifaqı Qərbin dəstəyini itirən Ukrayna üçün QORXUNC SSENARİ

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna tədricən təklənməyə doğru gedir. Belə ki, Rusiya ilə müharibədə ona yardım edən dövlətlər və birliklər yavaş-yavaş bu yükü öz boyunlarından atmağa başlayıblar. Donald Tramp hakimiyyətə gələndən Amerikanın təmənnasız olaraq Kiyevə kömək etməyəcəyini elan etdi. Son olaraq, Tramp “Tomahawk” raketlərinin Ukraynaya verilməyəcəyini elan etməklə Zelenskinin ümidlərini növbəti dəfə puç etdi.
İndi isə Avropa İttifaqı Ukraynadan üz çevirməyə başlayır.
 

MÖVZU İLƏ BAĞLI:
NATO Rusiya ilə müharibəyə HAZIRLAŞIR – 4400 səhifəlik ƏMƏLİYYAT PLANI


Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas 2030-cu ilə qədər Avropa İttifaqına qoşula biləcək dörd ölkənin, Albaniya, Monteneqro, Moldova və Ukraynanın adını çəkib. Avropa Kommisiyasının genişlənmə üzrə üzrə komissarı Marta Kos isə bildirib ki, Aİ yeni üzvlər üçün “sınaq müddəti” tətbiq etmək istəyir. 
Beləliklə, Ukrayna və Moldova İttifaqa qoşula biləcək, lakin məhdud hüquqlara malik olacaqlar.
Halbuki buna qədər rəsmi Brüssel, o cümlədən Paris Kiyevin tezliklə və bütün hüquqlarla təmin edilməklə Aİ-yə üzv olacağından dəm vururdu. Amma son açıqlamalar göstərir ki, indi Aİ rəsmiləri əvvəlki mövqelərindən geri çəkilməyə başlayıblar.
Bütün bunlar Kiyevin Qərbin hərbi və siyasi dəstəyini böyük ölçüdə itirdiyinin göstəricisidir.
Bəs, döyüş meydanında tək qalan Ukraynanı nə gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması şansları hələ tükənməyib:
“Amma təəssüf ki, bununla bağlı kollektiv Qərb kollektiv qərar qəbul edə bilmir. Beləliklə də savaş uzanır və hər iki tərəf üçün taqətsizləşdirmə müharibəsinə çevrilir. Görünür, Qərb əvvəldən “müharibə uzansın və tərəflər sıradan çıxarılsın” niyyəti ilə hərəkət edib.
Məsələ ondan ibarətdir ki, müharibədə Ukrayna nə qədər itirirsə, Rusiya ondan da daha çox şey itirir. Çünki Ukraynanın özündə mövcud olmayan resurslar Qərb tərəfindən təmin olunur. Amma həmin resurslar müqabilində Kiyevin nə vaxtsa maliyyə imkanlarını gücləndirib borcunu qaytarması da real görünmür”.
Deputatın fikrincə, müharibə əvvəcədən düşünülmüş ssenari üzrə gedir:
“Sərgilənən davranışlar da bunu sübut edir. “Tomahawk” raketləri, hava hücumundan müdafiə sistemlərinin verilməməsi və yaxud son anda verilməsi nəticə etibarı ilə müharibənin də taleyinə mühüm təsir göstərir”.
Politoloq Tofiq Abbasov isə qeyd edib ki, postsovet məkanındakı bəzi ölkələrin Aİ-yə qəbulu məsələsi başdan ayağa fırıldaq, siyasi avantüradır:
“Avropa və Amerikada bəzi dairələr Rusiyaya qarşı özünə məxsus cəbhə formalaşdırırdılar. Vaxtilə, GUAM yaranmışdı. İndiyə qədər formal olaraq belə bir qurum olsa da, reallıqda bu yoxdur”.
“Qərb Kiyev və Kişinyovu aldadır”.
Həmsöhbətimiz Aİ-nin indi də Ukrayna və Moldovanı aldatdığı qənaətindədir:
“Yeganə aldanmayan Azərbaycan və indiki Gürcüstandır. Aİ-nin özünün indiki durumu çox faciəvi və müəmmalıdır. ABŞ təhlükəsizlik çətirini Avropa üzərindən yığışdırıb. Digər tərəfdən, Ukrayna müstəvisində Aİ və Böyük Britaniya Rusiyaya qarşı özünəməxsus cəbhə formalaşdırmaq üçün dərindən-qabıqdan çıxır. Amma Rusiya da geri çəkilmir.

Aİ daxilində də mərkəzdənqaçma meylləri güclənir. Macarıstan, Slovakiya, Polşa görür ki, Aİ verdiyi vədlər qarşısında həm acizdir, həm də duruş gətirməkdə zəifdir. Aİ vəd verir, amma kömək etmir. Avropanın müstəmləkəçi, neoimperalist siyasəti burada da özünü bütün konturları ilə göstərir”.


Politoloq hesab edir ki, bu məsələnin arxasında heç bir ciddi məqam durmur:
“Ukrayna, o cümlədən Moldova xalqı özünü xilas etmək istəyirsə, ilk növbədə Avropa İttifaqı və ABŞ-dan uzaqlaşmalıdır”.
Rüfət Sultan, Bizim.Media  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri