Icma.az
close
up
RU
Əvvəl müqavilə, ödəniş, sonra... TƏBİB in xəstəxanalarına müraciət edən firmalara şərt qoyuldu

Əvvəl müqavilə, ödəniş, sonra... TƏBİB in xəstəxanalarına müraciət edən firmalara şərt qoyuldu

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“01 avqust 2025-ci ildən etibarən TƏBİB-in tabeliyində fəaliyyət göstərən bütün dövlət tibb müəssisələrinin inzibati ərazilərində reklam hüququ eksklüziv olaraq yalnız “Medizin Reklam Agentliyi” MMC tərəfindən icra ediləcək”.

“AzPolitika” xəbər verir ki, bu barədə “Medizin Reklam Agentliyi” MMC-nin direktoru Elmir İbadovun adından tibb müəssisələrinə məktub göndərilib. Bildirilib ki, hüquqi əsas TƏBİB-lə bağlanmış rəsmi Anlaşma Memorandumu ilə təmin olunur.

Məktubda “Reklam haqqında” Qanunun, Mülki və Rəqabət məcəllələrinin, həmçinin Cinayət və İnzibati Xətalar məcəllələrinin müvafiq müddəaları sadalanaraq, reklam fəaliyyətinin yalnız rəsmi müqavilələr əsasında həyata keçirilə biləcəyi vurğulanır.

Elmir İbadov qeyd edib ki, bundan sonra fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar yalnız “Medizin Reklam Agentliyi” MMC ilə müqavilə bağladıqdan sonra tibb müəssisələrinin inzibati ərazisində reklam və tanıtım fəaliyyəti göstərə bilərlər.

Onun sözlərinə görə, indiyədək bəzi şirkətlər TƏBİB-in tabeliyindəki müəssisələrə icazəsiz daxil olaraq dərman və tibbi məhsulların satışını təşviq edib. Bu isə həm eksklüziv hüquqların pozulması, həm də qanunvericiliyə zidd fəaliyyət kimi qiymətləndirilib.

İbadov əlavə edib ki, qanunsuz hallara yol verildiyi təqdirdə agentlik rəsmi xəbərdarlıq etmək, TƏBİB və dövlət qurumlarına müraciət etmək, kompensasiya tələbi irəli sürmək, eləcə də hüquq-mühafizə orqanlarına müraciət etmək səlahiyyətinə malikdir.

Məktubda xüsusi vurğulanır ki, TƏBİB tabeliyindəki müəssisələrdə hər hansı məhsulun reklamı və tanıtımı planlaşdırılarsa, öncədən agentliklə əlaqə saxlanmalı və müqavilə bağlanmalıdır.

“AzPolitika”ya daxil olan məlumata görə, bu müqavilələrin dəyəri 10–15 min manat arasında dəyişir. Məhz bu səbəbdən tibb müəssisələrinin rəhbərləri və sektorda fəaliyyət göstərən şirkətlər yeni qaydaları narazılıqla qarşılayıblar. 

Adının açıqlanmasını istəməyən bir müəssisə rəhbəri deyib: “Bizim hər görüşümüz satış məqsədi daşımır. Sadəcə əməkdaşlıq üçün görüşlər keçiririk. Bunun üçün hansısa reklam firmasına yüksək məbləğdə pul ödəmək absurddur”.

Qeyd edək ki, “Medizin Reklam Agentliyi” MMC rəhbərinin “maddi və reputasiya zərərinə görə kompensasiya” tələb edə biləcəyini açıqlaması da sektorda birmənalı qarşılanmayıb.

Ekspertlər hesab edirlər ki, məsələ ilə bağlı TƏBİB-in rəsmi açıqlaması zəruridir.

Rasim Əliyev
AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Sentyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see277

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see236

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see234

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see225

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see225

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see193

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see181

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see170

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see160

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see146

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see146

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see142

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see141

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see138

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see137

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see137

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see134

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see131

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see123

Bu bibərlərin insan orqanizminə faydaları

17 Dekabr 2025 02:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri