“Əvvəlki dövrlərdə zəif olan məktəblərdə müəyyən irəliləyiş var” Elnur Əliyev
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
"Aparılan monitorinqlərə əsasən, əvvəlki dövrlərdə zəif olan məktəblərdə müəyyən irəliləyiş var".
Bizim.Media xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə əgər hansısa məktəbdə keyfiyyət monitorinqi aparılır və məktəbin zəif tərəfləri müəyyənləşdirilirsə, həmin məktəbə müəyyən bir müddət verilir:
“Təxminən 2 ildən sonra həmin məktəb yenidən yoxlanılır. Bu il ərzində aparılmış təkrar monitorinqlərə əsasən, əvvəlki dövrlərdə zəif olan məktəblərdə müəyyən irəliləyiş müşahidə olunub. Bu məlumatlar bizdə mövcuddur. Lakin bu bütün məktəblərə aid deyil. Hələ də ölkəmizin bir çox məktəblərində keyfiyyətin yaxşılaşdırılması üçün gedəcəyimiz uzun yol var”, - deyə nazir müşaviri vurğulayıb.
Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 09 Dekabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















