Əvvəlki iş yerinə qayıda bilər
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pitso Mosimane əvvəlki iş yerinə qayıda bilər.
"Football-plus.az" xəbər verir ki, Cənubi Afrika Futbol Assosiasiyası (CAFA) onu milli komandanın baş məşqçi vəzifəsinə gətirməyi planlaşdırır. Bu barədə CAFA-nın prezidenti Denni Jordan məlumat verib. Onun sözlərinə görə, 62 yaşlı mütəxəssislə bağlı bəzi məsələlərin həll olunması qalır və yeni baş məşqçinin adı gələn həftə rəsmən açıqlanacaq.
Mosimane 2010-cu ildə keçirilən dünya çempionatından sonra Cənubi Afrikanın baş məşqçisi olub. O, 2012-ci ildə uğursuz nəticələrdən sonra vəzifəsindən ayrılıb. Təcrübəli mütəxəssis sonradan “Mamelodi Sandaunz” və “Əl-Əhli” ilə ümumilikdə 3 dəfə Afrika Çempionlar Liqasının qalibi olub. O, həmçinin Səudiyyə Ərəbistanı, BƏƏ və İran klublarını çalışdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 15 Avqust 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















