Icma.az
close
up
RU
Əvvəlki məkrli razılaşmalar status un getdiyi yerə göndərilir Deputat

Əvvəlki məkrli razılaşmalar status un getdiyi yerə göndərilir Deputat

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Dünyanın proqnoza tam yatımsız bir dönəmində onun bu hala gəlməsində adı ən çox hallandırılan ABŞ-nin Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh yönündə böyük, mən hətta deyərdim həlledici sayılan addım atıldı ki, paradoksal görünsə də, əslində bunun təsbit edildiyi birgə Bəyannamənin mətninin elə belə olacağı tam proqnozlaşdırılırdı. Çünki ortada İlham Əliyev faktoru var! Kim də olmasa, biz azərbaycanlılar və elə qarşı tərəf də gözəl bilirdik ki, hansı dövlətin vasitəçiliyi ilə ərsəyə gəlir-gəlsin, Azərbaycan Prezidentinin imza qoyduğu istənilən sülh sənədində onun irəli sürdüyü tələblər mütləq əksini tapacaq".

Bu sözləri "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib. O bildirib ki, İlham Əliyevlə Nikol Paşinyanın imzaladıqları ABŞ Prezidentinin şahidlik etdiyi birgə Bəyannamənin mətninə ötəri nəzər salmaq bəs edir ki, Azərbaycanın bütün şərtlərinin doğrudan da yer aldığı görünsün:

"Orada hər şey-Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət də, Naxçıvana maneəsiz gediş-gəliş də, revanşizm cəhdinin yolverilməzliyi də açıq mətnlə qeyd olunduğundan hansı maddədə nə yazıldıgını bir-bir izah edib vaxt almaq istəmirəm. Sadəcə, birinci maddədəki "biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davamına ehtiyac olduğunu qəbul etdik" cümləsini açmaqla kifayətlənirəm.

Qısa desək, burada Azərbaycanın Ermənistanın konstitusiyasına dəyişiklik tələbində haqlılığı və o, təmin edilməyincə, hərtərəfli sülh müqaviləsinin nə imzalanmasının, nə də ratfikasiyasının mümkünlüyü vurğulanır. Beləliklə, bu Bəyannamə, Azərbaycanın baxış bucağından yanaşsaq, elə həm də Bəyənnamə, yəni bəyənilən sənədlə 2020-ci ilin 10 noyabrındakı üçtərəfli bəyanat ABŞ-nin şahidliyi və demək ki, dəstəyi ilə ikitərəflilənir. Təbii ki, bu transformasiyada 2020-ci ildən sonra Azərbaycanın yaratdığı yeni reallıq, yəni Qarabağ üzərində suverenliyinin təmini də tam nəzərə alınır. 2024-cü ilin aprelində Brüsseldə ABŞ-Avropa Birliyi-Ermənistan üçlü görüşündə, ondan öncəki Qranada zirvəsindəki məkrli razılaşmalar "status"un getdiyi yerə göndərilir!

Və əgər 2020-ci ildəki üçtərəfli Bəyanatın əsas müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyev idisə, yeni Bəyannaməninki belə demək mümkünsə, Müzəffər Ali Baş Diplomat İlham Əliyevdir".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Avqust 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri