Icma.az
close
up
RU
“ƏVVƏLKİ PUTİN DƏRRAKƏLİ İDİ... ”Rubio müharibənin əvvəlində Putin barədə nə demişdi?

“ƏVVƏLKİ PUTİN DƏRRAKƏLİ İDİ... ”Rubio müharibənin əvvəlində Putin barədə nə demişdi?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

İllərdir açıq şəkildə Vladimir Putini tərifləyən ABŞ Prezidenti Donald Tramp ritorikasını kəskin şəkildə dəyişib. Son olaraq o, Rusiya Prezidentinin “tamamilə dəli olduğunu” deyib. 

“AzPolitika” xəbər verir ki, bunu qeyd edən “The Times” nəşrinin yazdığına görə, bu, təkcə Rusiyanın danışıqalrdan yayınması, Ukraynanın dinc şəhərlərini bombalamasını davam etdirməsi deyil, həm də şəxsən Putinin özünün getdikcə daha da pisləşən psixi vəziyyəti ilə bağlıdır.

Nəşrin müraciət etdiyi ekspertlər hesab edir ki, Putinin psixi problemlərinin kökündə onun COVID-19 pandemiyası zamanı təcrid olunması dayanır: “Dünyanın əksər ölkələrində liderlər müəyyən ictimai fəallığı qoruyub saxlasa da, Putin sözün əsl mənasında səhnədən yoxa çıxmışdı. O, iki ilə yaxın müddətdə vaxtını Moskva yaxınlığında yerləşən Novo-Oqaryovodakı iqamətgahında keçirib, hətta bir çox ən yüksək vəzifəli şəxslərlə də əlaqə saxlamayıb. İqamətgah dezinfeksiya tunelləri ilə təchiz edilmişdi və ziyarətçilərdən, o cümlədən veteranlardan görüşdən əvvəl iki həftə təcrid edilmələri tələb olunurdu".

Nəşr yazır ki, bütün bunlar Putinin ünsiyyətini fantastik sui-qəsd nəzəriyyələrini yayan Nikolay Patruşev başda olmaqla təhlükəsizlik rəsmilərinin sıx dairəsi ilə məhdudlaşdırıb: “Psixoloqlar və ekspertlər belə təcridin paranoyya və informasiya vakuumu yaratmaqla birlikdə Rusiya Prezidentinin ağlına ciddi təsir göstərə biləcəyini düşünürlər. Kremlin keçmiş müşaviri Qleb Pavlovski də bunu təsdiqləyir: "Əvvəlki Putin dərrakəli idi. İndi o, yalnız öz beynindəki şəkillərə reaksiya verir". Politoloq Abbas Qalyamov isə əlavə edir: “İnsan özünə nəzarəti itirəndə onun sonu pis olur”.

Putinin davranışında köklü dəyişikliyin ilk əlamətlərini o vaxtkı ABŞ senatoru və indiki dövlət katibi Marko Rubio hələ 2022-ci ilin fevralında, Ukraynaya müdaxilədən sonra aşkar etmişdi. O, həmin vaxt sosial şəbəkədə yazıb: “Putində nəsə baş verir”. Amma o zaman bu sözlər xəbərdarlıq kimi səslənsə də, bu gün artıq diaqnoz kimi səslənir”.

Yazıda xatırladılır ki, Tramp Putini “ağlını itirməkdə” və Ukraynanın mülki vətəndaşlarını qəsdən öldürməkdə ittiham edərək ona qarşı sərt sözlər deyib: "O, tamamilə dəli olub! O, çoxlu insanı lazımsız yerə öldürür və mən təkcə əsgərləri demirəm. Raketlər və PUA-lar heç bir səbəb olmadan Ukrayna şəhərlərinə buraxılır".

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 May 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri