Icma.az
close
up
RU
“Əvvəllər QHT adı gələndə fikirləşirdin ki, burada nəsə qara qura iş var” VİDEO

“Əvvəllər QHT adı gələndə fikirləşirdin ki, burada nəsə qara qura iş var” VİDEO

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Tanınmış bloqer Nail Kəmərli “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyini təsis edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə o, özünün “Nail Kemerli” youtube kanalında məlumat verib.

N.Kəmərli bildirib ki, uzun illərdir narkotik vasitələrdən əziyyət çəkən insanlarla, onların ailələri ilə saysız-hesabsız söhbətlər aparıb, bunları “youtube” kanalında ictimailəşdirib.

Məqsədi bu olub ki, narkotikin yıxdığı insanların səmimi peşmanlığını, çırağını söndürdüyü ailələrin faciəsini hamı görsün. Bu yola gəlmək istəyənlər hansı aqibətlə üzləşəcəklərini real insan hekayələri əsasında öncədən başa düşüb, bu fikirdən daşınsınlar:

“Bütün bunlar hər birimizdən cəmiyyət olaraq narkotik asılılığına qarşı səfərbərlik tələb edir. Mən bu qərara gəldim ki, bu missiya ilə daha ciddi məşğul olmaq lazımdır”.

Bloqer onu da deyib ki, QHT-lərin səmərəli fəaliyyəti üçün son vaxtlar çox sağlam mühit formalaşıb:

“QHT-nin yaradılması prosesi boyu buna şəxsən şahid oldum. Açığı, əvvəllər QHT adı gələndə adam diksinirdi, fikirləşirdin ki, burada nəsə əyri, qara-qura iş var. Amma indi vəziyyət dəyişib, QHT-lər cəmiyyətdə layiqli yer tutmağa başlayır, buna dövlətin güclü dəstəyi açıq hiss olunur. “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi”nin rəhbəri kimi əlimdən gələni edəcəm ki, cəmiyyətin narkotiklər, zərərli asılılıqlar əleyhinə mübarizəsinə maksimum töhfə verə bilim. Artıq komandamızla birgə çox maraqlı ideyalar və layihələr üzərində işləyirik. Bu barədə mütləq “youtube” kanalımda sizlərə  məlumat verəcəm”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Yanvar 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see238

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see236

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see229

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see197

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see190

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see183

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see171

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see168

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see168

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see165

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see162

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see162

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see161

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see157

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see155

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see154

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see151

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri