Icma.az
close
up
RU
Qurban Qurbanov: “Əvvəllər bəxtə daha çox inanırdım” VİDEO

Qurban Qurbanov: “Əvvəllər bəxtə daha çox inanırdım” VİDEO

Mia.az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ” Futbol Klubu (FK) üçün Avropa liqası oyunları artıq bitdi. Bu seriyanı klub məğlubiyyətlə başa çatdırdı. Hərçənd qarşıda bir oyun da var, amma onun nəticəsi Ağdam klubu üçün heç nəyi dəyişmir.

Bəzən belə təsəvvür yaranır ki, Qurbanov üçün deyəsən, Avropa liqasının yalnız ilk mərhələsində oynamaq prioritet məsələ sayılır və o, hədəfini uzaq tutmaq istəmir.

Özü demişkən, təcrübə yığır. Bəzən deyirlər ki, yaxşı oyunçu olmayanda baş məşqçi heç nə edə bilməz.

Qurbanov Ağdam klubunun strateji strukturunun müəllifidi. Özünəməxsus taktika qurub və illərdi, avropalı mütəxəssislər onun komandasını hücuma meylli kimi xarakterizə edir. FCSB (Rumıniya) ilə oyunda bunu gördük.

Rəqib komandanın baş məşqçisi mətbuat konfransında dedi ki, onlar daha çox müdafiə strategiyasına söykəniblər. “Qarabağ”ın yalnız hücumda olacağını proqnoz ediblər. Məncə, Qurbanov da məhz hücuma əhəmiyyət verdiyi üçün müdafiə tərəfi boşluqda qaldı. Üstəlik standart vəziyyətlərdə qol imkanları buraxıldı.

FCSB-nin baş məşqçisinin “Bizim bəxtimiz gətirdi ki, “Qarabağ”a qalib gəldik”, - deməsi çox maraqlı idi. Onda “bəxti gətirməyən” “Qarabağ”ın baş məşqçisi Qurbanov indən belə bu bəxt söhbətinə inanaraqmı işini quracaq, yoxsa müdafiəsiz qalan müdafiəni gücləndirməyi düşünəcək?

Mia.az saytının əməkdaşının bununla bağlı sualına cavabında Qurbanov bildirib ki, bəxtə yox, çalışaraq qazanmağa inanır:

-  Qurban müəllim, rəqib komandanın baş məşqçisi sizin komandanın oyununu çox təriflədi və öz komandasının qələbəsini bəxtə bağladı. Siz bəxtə inanırsınızmı və bu oyunun nəticələrini belə şərh etmək olarmı? Digər tərəfdən, sizin oyunda daha çox hücum elementləri çox idi və rəqib komandanın baş məşqçisi də vurğuladı ki, siz hücumda olan komandasınız. Onlar daha çox müdafiəyə meyllidi. Nə deyə bilərsiniz bu barədə? “Qarabağ”ın müdafiə tərəfini gələcəkdə gücləndirməyi düşünürsünüzmü?

- Bəlkə əvvəllər bəxtə daha çox inanırdım. Yeni başladığım vaxtlarda ğözləyirdim ki, bəxtimiz gətirər. Amma sonra anladım ki, ümumiyyətlə, daha işgüzar olmaq və əziyyət çəkmək lazımdı. Allah bunun qarşılığını verir. Bəxtdən daha çox uğur deyərdim mən buna. Müdafiəyə gəlincə, rəqib komandanın baş məşqçisi barəmizdə həqiqəti deyib. Biz hücumda idik, onlar əksinə, daha çox müdafiəyə meylli idi. Bizim müdafiə xəttində elə bir epizod olmadı ki, orada rəqibə uduzaq. Sadəcə, standart vəziyyətlərdə, müdafiədə oynayarkən məğlub olduq. Gələcəkdə təkcə müdafiə xəttini yox, hərtərəfli olaraq oyunu daha da yaxşılardırmağı düşünürəm.

Zülfiyyə Mustafayeva

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://mia.az
archiveBu xəbər 27 Yanvar 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see322

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see301

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see295

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see282

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see281

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see274

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see272

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see270

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see246

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see233

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see231

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see229

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see227

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see224

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see224

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see217

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see212

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see211

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see202

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri