Icma.az
close
up
RU
“Əvvəllər uşaq bağçası olub, indi zibil konteyneri...” Fotolar

“Əvvəllər uşaq bağçası olub, indi zibil konteyneri...” Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bu bina əvvəllər 302 saylı körpələr evi-uşaq bağçası olub, indi isə zibil konteynerinə çevrilib”.

Bu şikayətlə “Qafqazinfo”ya Qaradağ rayonu Qızıldaş qəsəbəsi “korpus 32”nin bir qrup sakini müraciət edib.

Onlar bildirib ki, sözügedən əraziyə zibillər tökülür və antisanitar vəziyyət yaranır: “Dəfələrlə buranın təmizlənməsi üçün aidiyyəti qurumlara müraciət etmişik. Evlərin yaxınlığında zibil konteynerlərinin qoyulacağı və işlərin aparılacağı deyilib. Ancaq nəticə yoxdur. Sözügedən bina 2006-cı ilədək bağça kimi fəaliyyət göstərib. İndi isə yararsız vəziyyətdədir. İstəyirik ki, təmizlənib bərpa olunsun, ətrafda yaşayan sakinlər də əziyyət çəkməsin. Bu qədər zibili kimin tökdüyünü isə bilmirik”.

Vətəndaşların sözlərinə görə, bundan əlavə binanın uçma təhlükəsi də var: “Ölmüş siçanların qoxusu da bir yandan narazılıq doğurur. Ancaq tək bununla bitmir. Problem hər hansı fəsad yaratmamış qarşısını almaq lazımdır. Həmin binanın divarları kiminsə üstünə aşa bilər. Müvafiq qurumlar təcili şəkildə əraziyə baxış keçirib problemin aradan qalxmasına səy göstərməlidirlər”.

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza verilən cavab belə oldu: “Sözügedən ərazidə səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 avqust tarixli 1635 nömrəli Sərəncamına əsasən Qızıldaş qəsəbəsində yerləşən 302 saylı körpələr evi-uşaq bağçası özəlləşdirilməyə açıq elan edilib. 

Eyni zamanda nəzərinizə çatdırırıq ki, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı tərəfindən antisanitar vəziyyət aradan qaldırılıb. Ərazinin təmizliyinə isə mütəmadi nəzarət olunur”.

Fidan Etibar





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Sentyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri