Icma.az
close
up
RU
“ƏXLAQSIZ QƏRBDƏ BELƏ ŞƏXSİ” Tanınmış pedaqoqdan İsa Həbibbəyliyə sərt sözlər

“ƏXLAQSIZ QƏRBDƏ BELƏ ŞƏXSİ” Tanınmış pedaqoqdan İsa Həbibbəyliyə sərt sözlər

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tanınmış tərcüməçi və pedaqoq Yalçın İslamzadə “Facebook” səhifəsində AMEA prezidenti İsa Həbibbəlini kəskin tənqid edib. O, ötən həftə Akademiyada Elm Gününə həsr olunmuş tədbirlə bağlı fikirlərini paylaşıb.

“AzPolitika” Y. İslamzadənin həmin qeydlərini təqdim edir:

“Bir neçə gün əvvəl AMEA-da Elm Gününə həsr olunmuş tədbir keçirilib. Akademiyanın prezidenti İsa Həbibbəyli çıxışında ‘AMEA dünya elmində vacib qərarların, elmi istiqamətlərin müəyyənləşdirilməsində öz sözünü deyir’ deyib.

AMEA "kvant sıçrayışı"nı nə vaxt reallaşdırıb ki, xəbərimiz olmayıb? Çıxışlarda maksimum pafos — sovet ənənəsidir, hələ də yaşayır.

Tədbirə dəvət olunanlar arasında BDU-nun keçmiş rektoru Abel Məhərrəmov da olub — müğənniyə hüquq diplomu verən, tələbəyə ‘Pul versəydin, sən də keçərdin’ deyən şəxs.


Əxlaqsız Qərbdə belə bir şəxsi bu cür tədbirlərə dəvət etməzdilər — bu və digər qalmaqallardan sonra. Şərqdən fərqli olaraq, orada akademik etika anlayışı var.

Məni blok edib, yoxsa Müşfiq Ötgün-Şükürova yazardım ki, həmin rektora rüşvətə görə ictimai etiraz edən ‘Şiraslan kişi’ deyildi, bir xanım idi.

Axırda isə elmin populyarlaşdırılmasında göstərdikləri xidmətlərə görə bir sıra alim, mütəxəssis və jurnalistə “imzalı sertifikat” təqdim olunub.

Kimlər elmi populyarlaşdırıb? Konkret olaraq nə ediblər? Hansı jurnalist, hansı qəzetdə?

Bunlar elmin populyarlaşdırılmasının nə olduğunu belə tam anlamırlar.

Biz AMEA alimlərini, əslində, psevdoelmi fikirləri yaymaqla məşğul olan kimi görürük:

Cəhənnəmin temperaturunu ölçən,Mələklərin sürətini hesablayan,Hovuzuna nərdivan tapmaq üçün seyid cəddindən kömək uman,Adnan Oktarı “görkəmli türk alimi” kimi təqdim edən AMEA əməkdaşları olub.

AMEA-nın elmin populyarlaşdırılmasına yeganə “xidməti” bu cür psevdoelmi iddialar irəli sürməsi və onların ətrafında yaranan etirazlara şərait yaratmasıdır. Çünki belə qalmaqallar adi, münaqişəsiz yazılardan daha çox oxucu diqqəti çəkir.

AMEA:

Gənclər və uşaqlar üçün elmi-populyar jurnal nəşr etmir,“Elm və Həyat” jurnalının üzünü görən yoxdur,Alimlər psevdoelmi iddialar qarşısında heç bir mövqe bildirmirlər,İctimai çıxışlar etmirlər,Kitablar yazmırlar,YouTube kanalınız yoxdur,Kitab tərcümə etmirsiniz və s.

Bəs elmi harada populyarlaşdırmısınız?

Ölkədə bütün sahələrdə inzibatçılıq hökm sürür. Fəaliyyətlər isə imitasiyadan, görülməmiş işlərin hesabatından və bu “uğurlara” görə mükafatlandırılmadan ibarətdir.

Əlavədəki şəkildə akademik İsa Həbibbəylinin AMEA kitabxanasına bağışladığı kitablar yer alıb. Mən o şəkildə nə ingilis dilində, nə də son dövrlərdə Azərbaycan dilinə tərcümə olunmuş ciddi kitabları, eləcə də tanınmış fikir adamlarının əsərlərini görə bildim.

Akademikin mütaliə dairəsi çox daha geniş olmalıdır.

Tədbirin sonunda Anara həsr olunmuş filmə baxıblar. Gələn il eyni şəxslər bir daha yığışacaqlar. Qoca Şərqdə dəyişikliyə pis baxırlar.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Aprel 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri