Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Expressbank: Aktivləri, kredit portfeli və faiz gəlirləri artıb

Expressbank: Aktivləri, kredit portfeli və faiz gəlirləri artıb

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əməliyyat gəlirlərində artım

“Expressbank” ASC 2025-ci ilin yanvar–sentyabr dövrü üzrə (cari ilin 9 ayı) maliyyə nəticələrini açıqlayıb. Marja.az xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri əhəmiyyətli dərəcədə artıb, lakin qeyri-faiz gəlirləri azalıb.

Bankın faiz gəlirləri 2025-ci ilin yanvar–sentyabrında 60 milyon 657 min manat təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə (49 milyon 640 min manat) 11 milyon 17 min manat və ya 22,2% artım deməkdir.

Qeyri-faiz gəlirləri isə əksinə, 2025-ci ilin 9 ayında 14 milyon 405 min manata geriləyib (2024-cü ilin 9 ayında : 15 milyon 293 min manat). Azalma 888 min manat və ya 5,8% təşkil edib.

Beləliklə, “Expressbank”ın cəmi əməliyyat gəlirləri 2025-ci ilin doqquz ayında 75 milyon 62 min manat olub, 2024-cü ildə isə 64 milyon 933 min manat idi. Artım 10 milyon 129 min manat və ya 15,6% təşkil edib.

Əməliyyat xərclərində yüksəliş

“Expressbank” faiz xərcləri 2025-ci ilin yanvar–sentyabrında 21 milyon 63 min manat olub, 2024-cü ilin eyni dövrü ilə müqayisədə (14 milyon 86 min manat) 6 milyon 977 min manat və ya 49,6% artım qeydə alınıb.

Qeyri-faiz xərcləri isə 38 milyon 680 min manata yüksəlib (2024-cü ilin 9 ayında: 35 milyon 375 min manat). Artım 3 milyon 305 min manat və ya 9,3% təşkil edib.

Nəticədə “Expressbank”ıncəmi əməliyyat xərcləri 2025-ci ilin yanvar–sentyabrında 59 milyon 743 min manat olub, 2024-cü ilin eyni dövründə isə 49 milyon 461 min manat idi. Artım 10 milyon 282 min manat və ya 20,8% təşkil edib. Beləliklə, cəmi xərclərdəki artım cəmi gəlirlərdəki artımı cüzi üstələyib.

2025-ci ilin 9 ayında “Expressbank”ın əçəliyyat mənfəəti 15 milyon 319 min manat təşkil edib (Ötən ilin eyni dövründə 15 milyon 472 min manat təşkil etmişdi).

Ehtiyatlara ayırma artıb

Mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırma 2025-ci ilin yanvar–sentyabrında 7 milyon 629 min manat olub, 2024-cü ilin eyni dövründə isə 3 milyon 949 min manat təşkil edirdi. Bu, 3 milyon 680 min manat və ya 93,2% artım deməkdir.

Xalis mənfəət isə 6 milyon 22 min manat olub, ötən ilin eyni dövründə 9 milyon 175 min manat təşkil etmişdi. Beləliklə, xalis mənfəət 3 milyon 153 min manat və ya 34,3% azalıb.

Aktivlər və kredit portfeli artıb

30 sentyabr 2025-ci il tarixinə “Expressbank”ın cəmi aktivləri 645 milyon 453 min manat təşkil edib. 31 dekabr 2024-cü il tarixi ilə müqayisədə (620 milyon 161 min manat) aktivlər 25 milyon 292 min manat və ya 4,1% artıb.

Kredit portfeli 530 milyon 592 min manat olub, 2024-cü ilin sonundakı 501 milyon 960 min manatla müqayisədə 28 milyon 632 min manat və ya 5,7% artım göstərib.

Kredit portfelinin strukturu:

İstehlak kreditləri: 228 milyon 307 min manat (2024: 222 milyon 986 min manat; artım 5 milyon 321 min manat / 2,4%)

Biznes kreditləri: 182 milyon 78 min manat (2024: 165 milyon 362 min manat; artım 16 milyon 716 min manat / 10,1%)

İpoteka kreditləri: 120 milyon 207 min manat (2024: 113 milyon 612 min manat; artım 6 milyon 595 min manat / 5,8%)

Öhdəliklər və depozitlər

“Expressbank”ın cəmi öhdəlikləri 509 milyon 559 min manat olub, 2024-cü ilin sonu ilə müqayisədə (481 milyon 453 min manat) 28 milyon 106 min manat və ya 5,8% artıb.

Depozit portfeli 296 milyon 610 min manat təşkil edib (2024: 262 milyon 91 min manat; artım 34 milyon 519 min manat / 13,2%).

Fiziki şəxslərin depozitləri: 254 milyon 494 min manat (2024: 202 milyon 319 min manat; artım 52 milyon 175 min manat / 25,8%)

Hüquqi şəxslərin depozitləri: 42 milyon 116 min manat (2024: 59 milyon 772 min manat; azalma 17 milyon 656 min manat / 29,5%)

Kredit təşkilatları və digər maliyyə institutlarına öhdəliklər 193 milyon 831 min manat olub, 2024-cü ilin sonuna nisbətən 2 milyon 885 min manat və ya 1,5% artım qeydə alınıb.

Kapital

30 sentyabr 2025-ci il tarixində “Expressbank”ın məcmu kapital 134 milyon 454 min manat təşkil edib, 2024-cü ilin sonu ilə müqayisədə (136 milyon 999 min manat) 2 milyon 545 min manat və ya 1,9% azalma göstərib.

Analiz və yekun

“Expressbank” 2025-ci ilin yanvar–sentyabr dövründə faiz gəlirlərində ciddi artım əldə edib, bu isə əməliyyat gəlirlərini yüksəldib. Lakin qeyri-faiz gəlirlərindəki azalma, faiz və qeyri-faiz xərclərinin sürətlə artması nəticəsində xalis mənfəət 34%-ə yaxın geriləyib.

Aktivlər və kredit portfeli müsbət dinamika göstərsə də, hüquqi şəxslərin depozitlərinin azalması və xalis mənfəətin aşağı düşməsi bankın gələcək likvidlik və mənfəət imkanları üçün diqqət tələb edir. Ümumilikdə, bank əməliyyatlarını genişləndirsə də, mənfəət və kapital göstəricilərində tənzimləmə ehtiyacı var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://marja.az
archiveBu xəbər 15 Oktyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see210

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see195

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see162

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see146

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see145

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see145

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see142

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see141

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see134

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see134

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see132

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri