Icma.az
close
up
RU
® “Expressbank” regionlarda sahibkarlarla görüşməyə davam edir

® “Expressbank” regionlarda sahibkarlarla görüşməyə davam edir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Expressbank” ölkədə sahibkarlığın inkişafına və regionlarda əhalinin maliyyə savadlılığının artırılmasına yönəlmiş təşəbbüslərdə fəal iştirakını davam etdirir.

Bank Qusar və Quba rayonlarında keçirilmiş iki mühüm tədbirdə iştirak edərək yerli sahibkar və fermerlərə öz məhsul və xidmətlərini təqdim edib, maliyyə dəstəyi imkanlarını paylaşaraq əməkdaşlığa açıq olduğunu bir daha nümayiş etdirib.

Qusar rayonunda Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) və Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş “Sahibkarlığın inkişafına dəstək” mövzusunda görüşdə “Expressbank” nümayəndəsi Ariz Həmzəyev iştirak edərək sahibkarların Bankın təqdim etdiyi güzəştli kredit məhsulları, dəstək mexanizmləri və biznesin maliyyələşdirilməsi ilə bağlı suallarını cavablandırıb. Görüş iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Quba rayonunda baş tutan Aqrar Biznes Festivalında da “Expressbank” fəal iştirak edib. Fermer və aqrar sahədə fəaliyyət göstərən sahibkarlar üçün təşkil olunmuş kredit yarmarkasında Bank kənd təsərrüfatı təyinatlı güzəştli kreditlər və aqrar biznesə maliyyə dəstəyi sahəsində təklif etdiyi məhsulları təqdim edib. Bankın stendinə yaxınlaşan iştirakçılara kredit alma prosedurları, texniki dəstək və məsləhət xidmətləri barədə ətraflı məlumat verilib. Həmçinin Xaçmaz filialının müdiri Elşad Kərimov festival nəzdində keçirilən forumda sahibkarların suallarını cavablandırıb.

“Expressbank” hesab edir ki, regionlarda keçirilən bu cür tədbirlər sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, “Expressbank” ölkədə kənd təsərrüfatının inkişafına töhfə vermək, bu sahədə fəaliyyət göstərən sahibkarların maliyyə ehtiyaclarını qarşılamaq və onları dayanıqlı biznes tərəfdaşlığı ilə dəstəkləmək məqsədilə bir sıra əlverişli bank məhsulları və xidmətləri təqdim edir.

Məhsullar haqqında daha ətraflı məlumatı Bankın saytından əldə edə bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri