Icma.az
close
up
RU
Ey daşlaşan, ey yadlaşan Bakımız! FOTO

Ey daşlaşan, ey yadlaşan Bakımız! FOTO

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Səkilər tutulub, insanlar üçün rahat gediş-gəliş imkanı qalmayıb


Büdcədən pul silmək üçün küçələr təkrar asfaltlanır, səkilərə lazımsız yerə daşlar döşənir

Bakının mənzərəsi gündən-günə dəyişir. Həm müsbət, həm mənfi tərəfdən. Müsbət odur ki, istismar müddətini başa vurmuş köhnə, yararsız binalar sökülür.  “Gün keçdi” filmində deyildiyi kimi, “insanlara rahat mənzillər lazımdır”. Hərçənd filmin məğzi məhz İçərişəhərin – tariximizin, insanların yaddaşının darmadağın edilməsidir. Buna baxmayaraq, İçərişəhərdəki tarixi abidə sayılan tikililərin deyil də, məhz əyri-üyrü evlərin sökülməsinə müsbət tərəfdən baxmaq da olar. 


Son illərdə isə Bakının Bayırşəhər adlanan ərazilərində dağıntılar, söküntülər həyata keçirilib və keçirilməkdədir. Və acı reallıq bundan ibarətdir ki, söküntülər Bakının tarixini də silib-aparır. Qayıdaq, birinci mövzuya: istismar müddətini başa vurmuş köhnə yaşayış binalarının sökülməsi, eyni zamanda onların yerində müasir, fəqət paytaxtımızın memarlığı ilə heç cür uyum saxlamayan əndrəbadi binaların tikilməsinə.  Birinci hal hər nə qədər xoş, müsbət qarşılanırsa, ikinci halın meydana çıxması bir o qədər ürəksıxıcı və dərin təəssüf doğurur. Şəhərimizdə parkların, küçələrin, səkilərin genişlənməsi, müasirləşməsi tendensiyası da görünür. Amma heç də hər yerdə deyil. Elə ərazilər var ki, baxırsan, səki var, olub, nə vaxtsa “Nuh əyyamı”nda, amma onu elə tərzdə “maskirovka” ediblər, elə bil bu küçədə ömür-billah səki deyilən şey olmayıb. Ya hansısa iaşə obyekti tutub səkini, ya parkovka, ya da binalar, marketlər, kafe, restoranlar. Günəşli qəsəbəsində bunu əyani görmək mümkündür. Səki anlayışının yox olduğu qəsəbədir Günəşli.


Başqa problem yenə də bəzi küçələrin zəruri ehtiyac olmadan təkrar-təkrar asflaltlanması, səki kənarlarına daşların – bardürlərin düzülməsi, səki daşlarının sökülüb yenidən üzlənməsidir. Bu hal hazırda Azərbaycan Texniki Universitetinin ikinci korpusunun önündən keçən Məmməd Rahim küçəsində yaşanır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin də o küçəyə çıxışı var. Bu küçədə səki daşları ötən il təxminən elə bu vaxtlar düzülmüşdü. Fəhlələr min-bir əziyyətlə yay aylarında, tədris başlamamış səkiyə daşların düzülməsini başa vurdular. İndi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ayılıb ki, bəs səkinin kənarlarına bardür düzmək lazım imiş. Və “vurhavur” başlayıb. Bu isti günlərdə ağır texnikanı töküblər küçə boyunca. Fəhlələr günün altında səki kənarlarını qazır, toz qalxıb göyə. Ötən il düzülmüş daşlar çıxarılıb, atılıb bir kənara. Yeni bardürlər gətirilib. Deməli, bardürlərin düzülməsi başa çatdıqdan sonra səkiyə yenidən daş düzüləcək. Bir işi 5 dəfəyə görmək hansı ağlın məhsuludur, çox maraqlıdır. Əslində, səbəbi ehtimal etmək də olar. Büdcədən vəsait ayrılmasına nail olmaq və onu rahatca xərcləmək. Bu məsələdə sevindirici olan fəhlələrin iş tapmasıdır. Evlərinə, az da olsa yenə qazanc aparacaqlar. Bəs dövlət büdcəmiz niyə təkrar-təkrar asfaltlara, səki daşlarına  sərf olunmalıdır?                    


Sosioloq, Sağlam Cəmiyyət Hərəkatının sədri  Elçin Bayramlı Sherg.az-a açıqlamasında qeyd etdi ki, paytaxt Bakı son dövrlərdə bərbad hala salınıb. Nə şəhərsalma strategiyası var, nə sistem, nə qayda: 


- Bakı onsuz da yaşıllığın az olduğu şəhərdir. Sovet vaxtı yaşıllıqlar salınmışdı, Bakı sakinlərin rahat yaşaya biləcəyi, nəfəs ala biləcəyi şəhərə oxşayırdı. Son illərdə o qədər ağaclar kəsildi, işbazlar yaşıllıqlara elə qənim kəsildi ki, Bakı getdikcə səhralaşır və daşlaşır. Səkilər düzəldiləndə ağaclar məhv edilir, kökləri quruyur. Çünki səkiləri ağacların qırılması hesabına genişləndirməli olurlar. Sahibkarın obyektinə icazə verənlər, səkiləri qanunsuz işğal edənlərə bir söz deyilmir, kimsə məsuliyyətə cəlb olunmur. Nəticə də belədir; səki mədəniyyəti yoxdur. Səkilər tutulub. İnsanlar üçün rahat gediş-gəliş imkanı qalmayıb. Bütün şəhər infrastrukturu bərbad gündədir. Bəlkə də, dünyanın heç bir yerində bizdəki kimi bir-birinə belə sıxlıqda binalar tikilmir. Nə səki qoyurlar, nə yol. Uşaqların oynamağı üçün meydança, həyətdə söhbət gedə bilməz. Məqsəd ancaq gəlir əldə etmək, pul qazanmaqdır. Büdcədən pul silmək üçün küçələr təkrar asfaltlanır. Səkilərə lazımsız yerə daşlar döşənir. Bu barədə dəfələrlə deyilir, danışılır. Amma heç kimin vecinə deyil. Bakıya bazar kimi baxılır. Pul silmək, ərazi satmaq əsas qayələridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Avqust 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri