Eyforiyaya qapılmaq niyyətində deyilik Xankəndi nin baş məşqçisi
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
1-ci Liqanın açılış turu çərçivəsində dünən Şamaxı OİK stadionunda çempionluğa əsas namizədlərdən sayılan "Səbail"i qəbul edən "Xankəndi" meydandan 1:1 hesablı heç-heçə ilə ayrıldı. Qarabağ təmsilçisinin baş məşqçisi Zaur Hacıyevlə əlaqə saxlayıb oyun barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə odlu:
"Oyundan öncə verdiyim açıqlamada bu görüşün "Səbail" üçün rahat matç olmayacağını bildirmişdim. "Xankəndi" Birinci Liqada debüt oyununa çıxsa da, yetərincə təcrübəli heyətimiz var. Eyni sözləri məşqçilər korpusu barədə də demək olar. Yəni heç kim bizə zəif rəqib gözü ilə baxmamalıdır. Təbii ki, bu, futboldur. Xalq qazana və ya uduzada da bilərsən. Oyun gərgin alındı. Hər iki komandanın qol epizodları oldu. Yekunda matç 1:1 hesabı ilə bitdi. Biz də bir neçə qol imkanından faydala bilmədik. Yəni qələbə də qazana bilərdik. Əlbəttə, "Səbail"in də qaçırdığı fürsətləri vurğulamalıyam. Ümumi görünən bu oldu ki, biz daha motivasiyalıydıq. Oyuna daha yaxşı köklənmişdik. Oyunçularım meydanın hər qarışı uğrunda mübarizə apardılar. Yeri gəlmişkən, əzmkarlığa, mübarizəyə görə hər birinə təşəkkür edirəm. Ancaq biz eyforiyaya qapılmaq niyyətində deyilik. Artıq "Səbail"lə oyun tarixdə qaldı. Önümüzdəki matç barədə fikirləşəcəyik. Əvvəl də qeyd etdiyim kimi, hər matça qələbə üçün çıxacağıq. Nəticədən asılı olmayaraq, hər matçda final fitinə qədər mübarizəmizi davam etdirəcəyik. Liqada ilk xalımızı qazandıq. "Xankəndi" ailəsini, azarkeşlərimizi təbrik edirəm. Növbəti turlarda xallarımızın sayını artırmaq üçün əlimizdən gələni edəcəyik".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 04 Sentyabr 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















