Icma.az
close
up
RU
Eyni burun, eyni qaş, eyni göz… Plastik əməliyyatlar cəmiyyəti hara aparır? EKSPERT RƏYİ

Eyni burun, eyni qaş, eyni göz… Plastik əməliyyatlar cəmiyyəti hara aparır? EKSPERT RƏYİ

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün cəmiyyətdə getdikcə artan bir problem var. Görünüşə həddən artıq önəm verilir və estetik müdaxilələr adi bir vərdişə çevrilir. İnsanlar bunun arxasına müxtəlif səbəblər qoyurlar. Bəziləri zərurətdən, digərləri isə sadəcə ürəkləri elə istəyir deyə bu yola üz tutduqlarını deyir. Nəticədə, bir çoxu öz bədəninə, sağlamlığına və hətta mənəvi bütövlüyünə zərər vurmuş olur. Bəzən qadınlar sanki Nəsiminin taleyini öz üzərlərində yaşayırlar. Nəsiminin dərisi diri-diri soyulurdu, bu gün isə insanlar öz istəyi ilə bədənlərini kəsdirir, forma dəyişdirir və bunun fərqində olmadan özlərinə zülm edirlər. Nəticədə hamı bir-birinə bənzəməyə başlayır: eyni burun, eyni qaş, eyni göz… İnsanların siması, fərdiliyi və özünəməxsusluğu itir. Cəmiyyət getdikcə daha çox “standart gözəllik” anlayışına qul olur.

Bu prosesin sonu sadəcə sağlamlıq problemləri deyil – mənəvi boşluq, özünü dəyərsiz hiss etmə, psixoloji yorğunluq və daimi narazılıq yaradır. İnsanlar gözəllik axtarışında özlərinə zülm edirlər, çox vaxt isə bunun fərqinə belə varmırlar.

Qadınlar cəmiyyətin bu təzyiqi altında qalaraq estetik müdaxiləyə razı olurlar. Halbuki çox az adam düşünür ki, bu dəyişikliklərin gələcəkdə ana olmağa, südverməyə, daxili orqanlara və hormon sisteminə, habelə üz quruluşunun pozulmasına təsir edə bilər. Zahiri nəticə üçün edilən bu müdaxilələr çox vaxt həm maddi, həm mənəvi, həm də psixoloji itkilərlə nəticələnir.
Ən acınacaqlısı isə odur ki, bəzi hallarda əməliyyatları həyata keçirən şəxslərin diplomları belə saxtadır. İnsanların həyatı məsuliyyətsizliyin və pul qazanmaq həvəsinin qurbanına çevrilir. 

Psixoloq Aygül Məlikova Avtosfer.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, insanlar təbii görünüşlərini qəbul etməkdə çətinlik çəkirlər:
“Çünki insan öz dəyərini çox vaxt kənardan aldığı reaksiyalarla ölçməyə öyrədilir. Uşaqlıqdan bəri tənqid, müqayisə, bəyənilmə ehtiyacı və sosial mediada süni mükəmməllik standartları insanların “təbii halım kifayət deyil” düşüncəsini gücləndirir. Bunun kökündə adətən özünü dəyərsiz hiss etmə, özünə güvən çatışmazlığı və təsdiq ehtiyacı dayanır”.

Psixoloqun sözlərinə görə, insanın daxildəki boşluğunu doldurma cəhdi özünü başqasına oxşatmaqla nəticələnir:
“Psixologiyada buna identifikasiya deyilir, insan bəzən özündə görmədiyi gücü, gözəlliyi və ya dəyəri başqasında görür və onu mənimsəməyə çalışır. “Əgər mən də onun kimi olsam, mən də seviləcəm”. Amma problem budur ki, insan başqasına bənzədikcə öz daxili orijinallığını itirməyə başlayır. Yavaş-yavaş fərdiliyin itirilməsi meydana çıxır. Bu, çox vaxt zəif “mənlik sərhədləri”, aşağı özünüdərk və öz kimliyi ilə barışmamaq anlamına gəlir. İnsan özünü qəbul edə bilməyəndə başqasının şəxsiyyətini “borc” alır”.

Aygül Məlikova bildirib ki, insan öz simasını dəyişdikcə daxili kimliyindən də uzaqlaşır:
“Çünki insanın siması onun psixoloji məninin bir hissəsidir. Üz dəyişdikcə, insan bir müddət sonra özünü tanıya bilməmək, “bu mən deyiləm” hissi yaşaya bilir. Bu, psixologiyada mənlik parçalanması kimi təsvir olunur. İnsan özünü güzgüdə başqası kimi görür, amma daxildə köhnə mən qalır. Bu uyğunsuzluq bəzən narahatlıq, depressiya və özünə yadlaşma yaradır”.

Digər bir acınacaqlı vəziyyət isə estetik əməliyyata gedənlərin bir çoxu əməliyyatdan sonra belə özünü tamam hiss etmir. Sanki nələrsə əskikdir. Nəticədə, başqa estetik əməliyyat etdirmək qərarına gəlirlər.

Ekspert bildirib ki, problem çox vaxt üzdə deyil, içərdədir:
“Əgər əməliyyata səbəb real ehtiyac yox, psixoloji boşluq və ya özgüvən çatışmazlığıdırsa, əməliyyatdan sonra xoşbəxtlik qısa sürür. İnsan yenə nöqsan tapır, yenə dəyişmək istəyir. Bu, psixologiyada bitməyən təkmilləşdirmə döngəsi adlanır, “bir dənə də düzəltdirsəm, tam olacağam”, amma heç vaxt tam olmur”.

Estetik əməliyyatların fəsadlarına gəldikdə isə psixoloq bildirib ki, əgər əməliyyat şüurlu, sağlam səbəblərlə edilirsə, ciddi problem yoxdur:
“Amma motivasiya özünüdəyər çatışmazlığından gəlirsə, özünə yadlaşma, mənlik hissinin zəifləməsi, əməliyyatdan sonra peşmanlıq, dəyişikliklərə adaptasiya çətinliyi, yenə növbəti əməliyyata ehtiyac hissi, sosial müqayisənin artması, bədənin üzərində nəzarət illüziyası kimi psixoloji fəsadlar görünə bilər. Bəzi insanlarda isə uzun müddətdə bədən dismorfiyası daha da güclənir. Bu cür insanlar sosial mühitdə də özlərini tam hiss edə bilmirlər. Zərurət olmadan edilən estetik əməliyyatlar insanların cəmiyyətdəki yerinə və davranışına təsir edir”.

Sosioloq Rəvan Əliyevin fikrincə, belə proseslər açıq-aşkar kimlik itkisi və kollektiv özünü inkardır:
“İnsanlar təbii görünüşlərini qəbul etmir, çünki cəmiyyət onlara açıq şəkildə deyir ki, sənin üzün bizim qəbul etmək istədiyimiz gözəllik tələblərinə uyğun deyil. Bu, psixoloji təzyiqin ən mədəni formada gizlədilmiş versiyasıdır. İnsanlara kompleks satılır, sonra da “həlli” kimi əməliyyat təqdim olunur. Bu, gözəllik deyil, bir növ qazanc kommersiya yoludur. Estetik əməliyyatlar artıq seçim deyil. İnsan dəyişməyə məcbur edilir, çünki dəyişməsə, sosial şəbəkə onu görünməz edir. Beləliklə, insanların mənəvi və psixoloji sərhədləri pul qazanmaq üçün sistemli şəkildə qırılır. İnsan üzünü dəyişdirəndə sadəcə burnunu, dodağını yox, öz kimliyini də masaya qoyur. Hər yeni “gözəl olmalıyam” standartına görə edilən əməliyyat insanı bir addım da özündən uzaqlaşdırır”.

Ekspertin sözlərinə görə, artıq cəmiyyət estetik əməliyyatları normal sayır, çünki kütlə artıq düşünmür, sadəcə təqlid edir:
“İnsanların çoxu “niyə edirəm?” sualına cavab vermədən əməliyyata gedir. Hamı eyni burun, eyni qaş, eyni göz forması istəyir, çünki hamıya sosial şəbəkələrdə ideal görünüş ideyası beyinlərə yeridilib. Bu, fərdilik deyil, estetik kütlə psixologiyasıdır. Təəssüf ki, dünyanın böyük əksəriyyəti bundan əziyyət çəkir. Sanki belə olanda insanlar özlərini unikal hesab edirlər, amma hamı bir-birinin klonu kimi gəzir”.

İnsanın ən böyük gözəlliyi özünə bənzəməsidir. Simanı dəyişdirmək asandır, amma mənliyi qorumaq həmişə daha dəyərlidir. Unutmayaq, özünü sevən insan başqasına bənzəmək ehtiyacı duymur.
Nurcan Babək

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 09 Dekabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri