Icma.az
close
up
RU
Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib REAL TV nin məsul əməkdaşından açıqlamalar

Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib REAL TV nin məsul əməkdaşından açıqlamalar

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

"Uzun müddətdir ki, Milli Məclisin plenar və komitə iclaslarında, parlamentdə keçirilən digər tədbirlərdə iştirak edən jurnalistlər məhrumiyyətlərlə qarşılaşırlar. Bu problemin həlli üçün çox çalışsaq da, nəticə yoxdur".

Mia.az xəbər veir ki, bu sözləri REAL TV-nin Baş redaktorun müavini, Əməkdar jurnalist Mahir Məmmədli "Feysbuk"dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, uzun müddətdir ki, Milli Məclisin plenar və komitə iclaslarında, parlamentdə keçirilən digər tədbirlərdə iştirak edən jurnalistlər məhrumiyyətlərlə qarşılaşırlar:

MAHİR MƏMMƏDLİ

"Bu problemin həlli üçün çox çalışsaq da, nəticə yoxdur. Əslində, bu məhrumiyyətin mahiyyəti çox gülüncdür. Məsələ bundan ibarətdir ki, parlament binasına daxil olan media nümayəndələrinin telefonları əlindən alınır. Milli Məclisə gələn jurnalist ordakı tədbirləri işıqlandırmaq üçün gəlir. Onun telefonunu əlindən almaq fəaliyyətinə mane olmaq deməkdir. 

Məndə olan məlumata görə bu qərar Milli Məclis rəhbərliyinə yox, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyinə məxsusdur. Bunu təhlükəsizliklə əlaqələndirmək olmaz. Çünki jurnalsitlər istisna olmaqla hamı parlament binasına telefonla daxilə ola bilir. Bu qadağa yalnız jurnalistlərə aiddir. Qısa desəm, Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib. Onlar qapıdan keçdiyi anda ətrafla bütün əlaqəsi kəsilir, gələn zəngləri, mesajları görmür. Xəstəsi olan jurnalist tədbir boyu mühafizə postunun yanında növbə çəkir ki, xəstəsindən gələ biləcək yaxşı, ya da pis xəbəri qaçırmasın. Təssüf ki, uzun illərdir davam edən bu problemin həlli üçün nə Medianın İnkişafı Agentliyi, nə də Mətbuat Şurası cəhd edir. Baxmayaraq ki, hüququ pozulan media nümayəndələrinin problemi ilə məhz onlar məşğul olmalıdırlar".

Samir MUSAYEV
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://mia.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see217

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see184

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see149

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see146

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see145

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see143

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see136

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see132

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see131

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see130

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see125

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see125

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see124

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri