Icma.az
close
up
RU
Eyni iş, fərqli maaş...

Eyni iş, fərqli maaş...

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Statistik məlumatlara görə, Azərbaycanda qadınların orta aylıq əməkhaqqı kişilərlə müqayisədə daha aşağıdır. Hazırda ölkə üzrə qadınların orta maaşı kişilərin əmək haqlarının təxminən 70 faizinə bərabərdir. Son rəsmi statistikaya görə, muzdla işləyən qadınların orta aylıq əməkhaqqı 735 manat olduğu halda, kişilər üzrə bu göstərici 31 faiz daha çox - 1 069 manat təşkil edib. Bu fərq müxtəlif səbəblərlə izah olunur. Əsas səbəblərdən biri qadınların daha çox aşağı maaşlı sahələrdə çalışmasıdır. Məsələn, təhsil, səhiyyə və sosial xidmətlər kimi sahələrdə qadınların sayı çox olsa da, bu sektorlarda əməkhaqqı nisbətən aşağıdır. Əksinə, neft-qaz, tikinti və texnologiya kimi yüksək maaşlı sahələrdə kişilər üstünlük təşkil edir.

Görəsən, maaşlar cinsə görə müəyyən olunmadığı halda kişilər niyə qadınlardan çox maaş alırlar?

İqtisadçı ekspert Razi Abbasbəylinin sözlərinə görə, Azərbaycanda faktiki məşğulluq səviyyəsi baxımından kişilərin sayı  qadınlarla müqayisədə daha çoxdur. Xüsusilə də daha çox fiziki əmək olunan sahələrdə, enerji sektorunda kişilər daha çox çalışırlar. Neft və qaz sənayesində, eyni zamanda xidmət sektorunda da kişilər sayca üstünlük təşkil edir. Xüsusi peşələr üzrə çalışan şəxslərin, yəni kişilərin aldığı əmək haqqının yüksək olması nəticə etibarı ilə də orta aylıq maaşın yüksək olmasına gətirib çıxarır: "Bu gün hərbi sektorda, hüquq-mühafizə orqanlarında çalışan kişilərin sayı böyük üstünlük təşkil edir. Nəticə etibarı ilə də onların aldıqları əmək haqları da yüksək olur. Bu da kişilərin aylıq əmək haqqının qadınlarla müqayisədə yüksək olmasına gətirib çıxarır. Son illərdə Azərbaycanda qadınların məşğulluq səviyyəsinin yüksəlməsinin şahidi oluruq. Qadınların sayı səhiyyə və təhsil sektorunda çoxluq təşkil edir. Məhkəmə, hüquq, polis orqanları, ordu sıralarında çalışan xanımların sayında artım müşahidə olunur. Gələcək illərdə biz bunun daha çox şahidi olacağıq".

Azərbaycanda əmək bazarının 20 əsas sahəsindən 17-də kişilər daha çox paya malikdirlər. Kişilər işçi qüvvəsi kimi tikintidə 92 faiz, mədən çıxarmada 90 faiz, emal sənayesində 74 faiz, maliyyə və sığorta fəaliyyətində 63 faiz paya sahibdir. Qadınlar isə yalnız 3 sahə üzrə çoxluq təşkil edir. Bunlar təhsil 74 faiz, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 78 faiz, əyləncə və incəsənət sahəsində fəaliyyət 62 faizdir. Elə bu sahələrarası əmək haqqı fərqləri nəticədə qadınların orta aylıq əmək haqqının aşağı olmasına səbəb olur.

Bütün ölkələrdə bu fərq mövcuddur. Bu fərq Avropada 10-20 faiz, Rusiyada 25 faiz, Azərbaycanda isə təxminən 30 faizdir. Bu məsələdə Lüksemburq dünyaya liderlik edir. Qadınlar və kişilər arasında əmək haqqı fərqi cəmi 0,2 faizdir. Yəni kişinin hər 100 avro əmək haqqı qarşılığında qadın 99,8 avro qazanır.

Sosioloq Üzeyir Şəfiyev kişilərin qadınlardan daha çox əməkhaqqı almalarının işin çətinliyi ilə bağlı olduğunu deyir: "Əmək sahəsində "pozitiv", qadınların xeyrinə ayrı-seçkilik mövcuddur. Qadın əməyi ilə kişi əməyinin çətinliyi arasında fərqlər var. Əməkhaqqının az olması gender ayrı-seçkiliyinə görə deyil. Çətin iş şəraitinə görə kişilər qadınlardan daha çox maaş alırlar. Kişilərlə qadınlar arasındakı maaş fərqi bütün sahələri əhatə edir. Fərqin aradan qaldırılması məqsədilə Nazirlər Kabineti tərəfindən təsdiq edilən Qərarla qadın əməyi qadağan olunan peşə və iş yerlərinin sayı 674-dən 204-ə endirilib. Üstəlik, qadağan edilən peşə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olanlara aiddir".

Onun dediyinə görə, qadın və kişi maaşları arasındakı fərq bərabərhüquqlu olmanın önəmini göstərən vacib şərtlərdən biridir. Bəzi araşdırmalara görə, təhsili, iş yükü kişi ilə eyni, ancaq maaşı aşağı olan qadınlar var. Bu gün dünyada kişilər və qadınlar arasında maaşın bərabərsizliyi, yəni qadının maaşının çox olması əksər ailələrdə ciddi müzakirələrə səbəb olub. Bu gün əksər ölkələrdə kişilərin və qadınların maaşı arasında ciddi fərq var. Bəzi ölkələrdə kişi və qadınlar eyni işi görsələr də, ya kişilər qadınlardan çox əməkhaqqı qalır, ya da qadınlar kişilərdən.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, bunun başlıca səbəbi kişilərin təhsil fərqləri, işə başlamazdan əvvəl fərqli statuslarda çalışmasıdır: "Burada diskriminasiya məsələləri də var. Kişilərin müxtəlif təhsil fərqləri, başlanğıc nöqtələrdə fərqli statuslarda olması, qadınların daha çox yarım gün işləmək istəyi, qadınların seçdiyi sektorların kişilərin seçdiyi sektorlara nisbətdə riskinin az olması, işin gəlirinin də az olmasına gətirib çıxarır".

Kişilərin qadınlara nisbətdə daha az maaş alması təkcə Azərbaycana aid problem deyil. Ekspertin sözlərinə görə, eyni hal demək olar ki, bütün dünya ölkələrində yaşanır: "Dünyada orta hesabla qadınlar kişilərlə müqayisədə 20 faiz daha az əməkhaqqı alırlar. Azərbaycanda isə bu rəqəm bir qədər daha çoxdur, kişilər qadınlara nisbətən 46 faiz daha çox əməkhaqqı alırlar. Buna səbəb qadınların daha az əməkhaqqı verilən işləri seçməsi ilə əlaqədardır".

Qadın kişi arasında bərabərhüquqluluğun pozulması səbəblərindən biri də qadınların yardımçı qüvvə kimi göstərilməsidir. Yəni "kişi evi dolandırır, daha yüksək maaş almalıdır" kimi fikirlər hələ də mövcuddur. Əslində maaşlar arasındakı fərq istər ölkəmizdə, istərsə də ölkə hüdudlarından kənarda qadın və kişilərin heç də bərabərhüquqlu olmadığının göstəricisidir.

İqtisadçı millət vəkili Vüqar Bayramov bildirib ki, Əmək Məcəlləsinə ediləcək yeni dəyişikliklərə əsasən, işəgötürənin vəzifələrini nəzərdə tutan maddə təkmilləşdirilir və cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqının verilməsini təmin etmək öhdəlik olaraq müəyyən edilir. Eyni zamanda Məcəllənin 154-cü maddəsinə yeni hissə əlavə edilməklə bərabər, dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən edilməsi nəzərdə tutulur: "Yeni dəyişiklik qadınlar ilə kişilərin maaş fərqlərinin daha da minimumlaşdırılması məqsədi daşıyır. Hazırda ölkə üzrə qadınların orta maaşı kişilərin əmək haqlarının təxminən 70 faizinə bərabərdir. Beynəlxalq praktikada 80 və daha yüksək faiz daha məqbul hesab olunur. Doğrudur, Azərbaycanda gender maaş fərqinə bir sıra sektorlarda, xüsusən mədənçıxarma sənayesində daha çox kişilərin işə cəlb edilməsi təsir göstərir.  Bununla belə, qanunvericiliyə təklif edilən yeni dəyişikliklərdən sonra bir sıra sektorlarda qadınların maaşlarında artımlar müşahidə oluna bilər. Belə ki, bu sahədə tələblər və işəgötürənlər üçün vəzifələri daha da dəqiqləşir. Bu isə qadınlar ilə kişilərin orta əmək haqları arasındakı fərqin daha da azalmasına gətirib çıxaracaq".

Millət vəkili qeyd edib ki, qadınların ən çox çalışdığı sektor təhsildir: "Hazırda əmək müqaviləsi ilə çalışan qadınların sayı 722 min 147 nəfərdir. Onun 242 min 801 nəfəri təhsil sektorunda çalışır. Bu, ümumi muzdlu qadın işçilərin 33.6 faizi deməkdir. Eyni zamanda o deməkdir ki, əmək müqaviləsi ilə çalışan hər 3 qadından biri təhsil sferasında işləyir. Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi qadınlarımızın üstünlük verdiyi ikinci ən böyük sektordur. Ümumi payda 16.2 faiz ilə bu sferada 116 min 976 qadın vətəndaşımız çalışır. İlk üçlüyü isə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır: burada 95 min 566 qadın vətəndaşımızın əmək müqaviləsi qeydiyyatdan keçib".

Deputat, həmçinin qadınların orta aylıq əmək haqqı ilə bağlı da fikir bildirib: "Ən yüksək maaş mədənçıxarma sənayesində təklif edilir. Burada qadın işçilərin orta maaşı 2915 manatdır. Daha sonra maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan qadın vətəndaşlarımızın orta aylıq maaşı 1813 manat. Burada ilk üçlüyü informasiya və rabitə sektoru tamamlayır: 1353 manat. Məşğulluqda böyük paya malik olan təhsil sektorunda isə qadınların orta aylıq maaşı 731 manatdır. Hazırda, qadınların orta aylıq maaşı kişilərin orta əmək haqqısının 68.9 faizinə bərabərdir. Qlobal olaraq bu nisbət 77-80 faizdir".

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovun sözlərinə əsasən, Azərbaycanda çalışan 5 milyon insandan 3 milyonu əmək müqaviləsi olmadan işləyir: "Bu 3 milyonun cins tərkibi bəlli deyil və ya dəqiq bəlli deyil. Tədqiqatlar göstərir ki, qadınlar sutka ərzində ən azı 5 saat, kişilər isə iki saat ödənişi olmayan əməklə məşğuldur. BMT-nin Avropa Iqtisadi Komissiyasının araşdırmasına görə, Azərbaycanda qadınlar gündəlik ödənişi əməklə 1,73 saat, ödənişsiz əməklə 6,1 saat (7,83) məşğul olur. Halbuki bu rəqəmlər kişilərdə müvafiq olaraq 4,77 saat və 2,13 saatdır (6,90). Beləliklə, qadınlar kişilərə nisbətən 1 saata yaxın çox işləyir. Azərbaycan az ölkələrdəndir ki, qadınlara hamiləlik dövründə 126 gün tam ödənişli məzuniyyət veririk. Azərbaycan xanımları əmək bazarına cəlb edəcəyimiz yeni mexanizmlərin hazırlanmasına diqqət etmək lazımdır. Onların aylıq qazancının yüksəldilməsi məsələsi də ön plana çəkilməlidir".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Aprel 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see216

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see170

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see169

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see166

Maşınla vurulan piyada xəstəxanada öldü Foto

13 Avqust 2026 10:03see166

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see165

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see165

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see164

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see162

Tək yaşayan qadına hücum edən gənclə bağlı son qərar Məhkəmə

13 Avqust 2026 14:29see160

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see158

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see155

BMT Baş katibinin ofisi bildirib ki, Quterreş Yaxın Şərqdəki vəziyyətə diqqətlə yanaşır

13 Avqust 2026 08:14see155

Avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?

13 Avqust 2026 17:42see154

İndoneziyada 112 milyon dollarlıq vergi qalmaqalı

13 Avqust 2026 08:25see153

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see152

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see151

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see150

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see149

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri