Nurməhəmmədov həbs edildi
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Birləşmiş Ərəb Əmirliklərində idmançılar arasındakı kütləvi dava ilə bağlı məhkəmə prosesi başa çatıb və hökmlər oxunub.
Futbolpress.az xəbər verir ki, Əbu-Dabi məhkəməsinin qərarı ilə dağıstanlı döyüşçü Usman Nurməhəmmədov və komandasının digər iki üzvü 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin onlara ümumilikdə 300 min dirhəm (təxminən 140 min Azərbaycan manatı) cərimə kəsilib və cəza müddəti bitdikdən sonra hər üç şəxsin ölkədən deportasiya olunması qərara alınıb.
Hadisədə iştirak edən gürcüstanlı UFC döyüşçüsü Merab Dvalişvili və güləşçi Saba Lazişvili isə real həbs cəzasından qurtulublar. RAF təşkilatının ödədiyi 50 min dirhəm (23 min manat) cərimə ilə kifayətlənən məhkəmə onların sərbəst buraxılmasına qərar verib.
Xatırladaq ki, insident ötən günlərdə otellərin birində müsahibə zamanı baş vermiş, tərəflər arasındakı mübahisə isə daha əvvəl yaranmış şəxsi münaqişə və təhqirlər zəminində qızışmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 13 Noyabr 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















