“Əyri görürsənsə, əvvəl özünə bax” Baba Vəziroğlu
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Şair Baba Vəziroğlu televiziyanın pis aqibəti ilə bağlı tənqidə münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə o, “Xəzər axşamı” verilişində mavi ekranda cəmiyyətin öz əksini gördüyünü deyərək insanları daha səmimi və obyektiv olmağa çağırıb.
“Gəlin səmimi olaq, riyakar olmayaq. Televiziyalara münasibətdə bu qədər amansız olmayaq. Televiziyalar kimi göstərir? Bizi göstərir. Aydan gələnləri, Amerikadan gələnləri göstərmir, bizi göstərir. Əgər orada özümüzü bəyənmiriksə və deyiriksə ki, bu, biz deyilik, bu, elə bizik axı”. Dördpendirli pizza
B.Vəziroğlu qeyd edib ki, televiziyanı tənqid etməzdən əvvəl cəmiyyət özünə baxmalıdır.
“Orada özünü necə əyri görürsənsə, bir özünə bax. Bəlkə sən özünü əyri hiss edirsən ki, səni əyri göstərir. Biz düz olsaq, televiziya bizi necə əyri görə bilər, pis göstərə bilər? Bir az da səmimi olaq. Televiziya bizim aynamızdır. Bu bizim dövlətimizdir, televiziya da bizimdir, bizik. Mirzə Ələkbər Sabir də 100 il qabaq deyib: “Niyə belə qaraldırsan qarı gözünü? Yoxsa bu aynada əyri görürsən özünü?”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 23 İyul 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















