Icma.az
close
up
RU
Əzələ qıcolması. Səbəblər və yardım

Əzələ qıcolması. Səbəblər və yardım

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Orqanizmdə təxminən 640 əzələ var və onlar gün ərzində dəfələrlə yığılıb açılır.

Əzələ qıcolması güclü ağrı ilə müşayiət olunan əzələ və ya əzələ qrupunun qeyri-iradi yığılmasıdır. Qıcolmalar, adətən, hərəkətinə iki oynağın cəlb olunduğu əzələlərdə baş verir. Problemə baldır və budun arxa, ön qrup, xüsusən də budun dördbaşlı əzələlərində daha çox rast gəlinir.

Saglamolun.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-endokrinoloq Gülay Məmmədova bu barədə deyib: "Əl və ayaq pəncəsi, qarın, döş qəfəsi əzələləri də qıcolmaya məruz qalır. Əzələlərdə qıcolmalar qaçış, tennis, üzgüçülük və ya digər fiziki məşqlər zamanı daha çox yaranır. Qıcolma kompüter arxasında oturanda, gəzinti zamanı və ya yuxulayanda da meydana çıxa bilər.

Risk qrupuna kiçik yaşlı uşaqlar, 65 yaşından yuxarı yaşlılar, hamilə qadınlar, artıq çəkidən əziyyət çəkənlər, fiziki məşqlər və ya iş zamanı gərginlik yaşayanlar, həmçinin bəzi dərman preparatlarını qəbul edənlər daxildir.

Əzələ qıcolmasının səbəbləri məlum olmasa da, yaranması haqqında iki nəzəriyyə var. Bir qrup tədqiqatçılar hesab edirlər ki, əzələlər gün ərzində yetəri qədər dartılma hərəkəti etmədikdə əzələ yorğunluğu və qıcolmalara aparıb çıxarır, qan dövranı pozulur və əzələlərin normal işləməsi üçün lazım olan oksigen və qlükozanın çatdırılması ləngiyir. Özünümüdafiə səbəbi ilə əzələlərdə ani olaraq yığılmalar baş verir.

Digər nəzəriyyəyə görə isə qıcolma isti havada fiziki işlə məşğul olanda və ya uzun müddət susuz qalanda orqanizmin itirdiyi duzlar, xüsusilə də kalsium, maqnezium, kalium və natrium ionlarının çatışmazlığı nəticəsində yaranır. Bundan başqa uzun müddət eyni vəziyyətdə hərəkətsiz qalmaq da əzələlərdə qeyri-iradi yığılmalara səbəb ola bilər".

Həkim-endokrinoloqun dediyinə görə, adətən, qıcolmalar özbaşına keçib gedir: "Onu tez aradan qaldırmaq üçün isə bir sıra üsullardan istifadə etmək olar. Məsələn, qıcolma yaranan kimi dərhal hərəkəti dayandırmaq, əzələni ehmalca dartmaq və masaj etmək, ayaq pəncəsini əllə ehtiyatla özünə tərəf qaldırmaq lazımdır. Həmin hərəkət zamanı diz oynağı tam açılmalıdır. Əgər budun arxa əzələsi qıc olubsa, diz oynağı bükülü vəziyyətdə olmalıdır.

Qıc olmuş əzələyə bir neçə dəqiqə istirahət vermək olar. Əzələni yığmaq istəyi ikinci qıcolma ilə nəticələnə bilər. Qıcolma keçdikdən sonra əzələ hələ də gərgin vəziyyətdədirsə, onu masaj etmək, isitmək və sarğı ilə sıx bağlamaq lazımdır.

Əzələ qıcolmalarının qarşısını almaq üçün daim yüngül fiziki məşqlər və əzələlərin dartılma hərəkətləri etmək lazımdır. Balanslaşmış qidalanmanı da unutmaq olmaz. Rasionda kifayət qədər kalsium, maqnezium, natrium və kalium tərkibli qidalar olmalıdır. Əzələlərdə qan dövranını zəiflədən siqaret, alkoqol, qəhvə, tünd qara çay, qazlı və turşulu içkilərin qəbulu azaldılmalıdır.

Qıcolmalar bir qrup əzələlərin insanın iradəsindən asılı olmadan şiddətli və ağrılı yığılmasıdır. Bu problemlə üzləşməyən çox az adam ola bilər. Hər kəs ömründə bir dəfə də olsa əzələ qıcolması ilə qarşılaşır və bu, bir neçə saniyədən 15 dəqiqəyə qədər davam edir".

Qıcolmanın səbəbləri barədə isə həkim bunları deyib: "Uzun müddət oturmaq, həddən artıq gəzmək, idmanla çox məşğul olduğuna görə əzələ yorğunluğu olsa da, bəzi xəstəliklərin əlaməti də ola bilər. Parkinson, yastı pəncəlilik, şəkərli diabet, hipotireoz (qalxanvarı vəzinin funksiyasının azalması), su və elektrolit itkisi ilə gedən bəzi xəstəliklər, kalsium, maqnezium, D və B12 vitaminlərinin çatışmazlığı, əzələnin qan dövranı pozuntusu, alkoqolizm, bəzi dərmanların qəbulu (bəzi təzyiqsalıcı, sidikqovucu və antidepressant dərmanlar) əzələ qıcolmalarına səbəb ola bilər. Hamiləlik zamanı ayaqlarda əzələ qıcolmaları daha çox rast gəlinir. Bunun səbəbi uşaqlıq daxilində böyüyən dölün bəzi sinirlərə və damarlara təzyiq göstərməklə, ayaqlarda qan dövranının qismən pozuntusu ola bilər. İdman hərəkətləri edəndən sonra əzələ qıcolmaları varsa, əvvəldən isinmə hərəkətləri edilməlidir. Gecə yatanda əzələ qıcolmaları olduqda, yatmazdan əvvəl ayaq əzələləri üçün xüsusi idman hərəkətlərinə ehtiyac var. Soyuq ayaqlarda əzələ qıcolmalarına təkan verir. Bu səbəbdən ayağı isti saxlamaq və ya xüsusi isidici yastıqlardan istifadə etmək lazımdır".

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri